AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?
13/01/2021 Yazdır

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatıdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır.

“Ermənistan məsələsi ilə bağlı bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik”

Modern.az xəbər verir ki, Yaponiyada yaşayan azərbaycanlı alim, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər hesab edir ki, diaspor işi davamlı bir prosesdir. Hər bir mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlayıb nəticələrə nail olmaq lazımdır. “Amma Ermənistan məsələsi proses deyil və başa çatmayan fəaliyyətdir, ona görə də bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Ölkədə elm, mədəniyyət, iqtisadiyyat, texnologiya, süni zəka xalqımızın təhlükəsizliyi və Azərbaycanın uğurlu gələcəyi naminə inkişaf etdirilməlidir. Bu istiqamətdə diaspor daha yaxşı vasitə ola bilər. Bu o deməkdir ki, siz hər hansı bir sənədi hazırlayaraq diasporun rəyini aldıqdan sonra onu yenidən işləyib həyata keçirmək üçün təkrar diaspora göndərirsiniz. Diaspor isə bizim haqq səsimizi çatdırmaq üçün hər bir ölkədə yerli media mənbələri ilə əlaqələr qurulmasını davam etdirir. Bütün bu fəaliyyətlər dünyadakı diasporumuz tərəfindən eyni zamanda reallaşmalıdır. Bu işdə sosial şəbəkələrdə aktiv olan diaspor üzvlərinin dəstəyindən də istifadə etmək olar” – deyə X.Kələntər qeyd edib.

“Xaricdəki azərbaycanlılar ermənilərin təsirində olan mərkəzlərlə dialoq qurmalıdır”

ABŞ-ın Men ştatının "Qaçqınların Məskunlaşması Federal Proqramı"nın koordinatoru, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikrincə, Vətən müharibəsindən sonra başlayan yeni dövrdə diasporun qarşısındakı əsas vəzifə yenə də siyasi dairələrlə işləyərək təsir imkanlarımızı artırmaqdır: “Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) olaraq lobbiçilik istiqamətində işimizi gücləndirməliyik. Bundan başqa, ikinci mərhələ diasporun yaxından iştirakı ilə lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Üçüncüsü, hesab edirəm ki, akademik sahədə fəaliyyətimizi gücləndirib seminarlar, elmi konfranslar keçirməli, tədqiqatlar aparmalı, universitetlərdə güclü təbliğat işi qurmalıyıq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq siyasətimizi fərqli qurmalıyıq. Güclü təmsilçilik üçün akademik sahədə də ciddi işlər görülməlidir. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Biz, ABŞ-da yeni bir proqramla - burada yaşayan azərbaycanlıların ermənilərin təsir etdiyi mərkəzlərlə hansısa formada dialoq qurması istiqamətində işləməyi düşünürük. Amma qarşıdakı 5 il ərzində bizə qarşı nifrətin azalması üçün nəticələr əldə etmək məqsədilə iş mexanizmini indidən düşünməliyik.
Cənab Prezidentin sülhməramlı çıxışlarına, sülhə çağırışlarına uyğun olaraq iki xalq arasında təmasların qurulması proseslərinə biz də burada başlaya bilərik. Məsələn, burada sülh proqramları var ki, fələstin və israilli tələbə-şagirdləri gətirir, bir ay ərzində onlar ünsiyyətə girir və bir-birini tanıyır. Bu modeli biz də tətbiq edə bilərik. Eyni zamanda, bu, ABŞ Dovlət Departamentinin qrantları əsasında da təşkil oluna bilər.
Eyni zamanda, ABŞ-da yaşayan gənclər və uşaqlar arasında milli dəyərləri yaşatmaq üçün daimi maarifləndirmə işləri aparılmalıdır. Düşünürəm ki, ABŞ-da azərbaycanlı diaspor gənclərinin düşərgələrini keçirmək olar. Çünki buradan bir çox gəncin Azərbaycandakı düşərgəyə qatılmaq imkanı olmur. Amma bunu ABŞ-ın hər hansı ştatında keçirsək, müxtəlif ştat və şəhərlərdən çox sayda azərbaycanlı gənc qatıla bilər. Yəni gələcəyin liderlərini biz indidən hazırlamalıyıq. Bu istiqamətdə ABŞ-da yaşayan dəyərli ziyalılarımızın potensialından da yararlana, həmçinin, Bakıdan da dəvət edə bilərik. Gənclərlə çox işləməliyik ki, onlar bizim səfirlərimiz kimi gələcəkdə millətini yüksək səviyyədə təmsil edə bilsin.
Düzdür biz qalib ölkəyik, amma informasiya müharibəsi dayanmayıb, təxribatlar olur. Odur ki, qələbəmizi daha da möhkləmləndirmək üçün burada siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, ABŞ kitabxanalarında yayılmalıdır. Məsələn, təklif edərdim ki, biz Amerikada yaşayan 100 azərbaycanlı haqqında bir kitab çap etdirib, müxtəlif kitabxanalarda, universitetlərdə geniş yayaq. Bunu başlayıb tədricən həyata keçirməliyik. Dövlət Komitəsi isə müxtəlif ölkələrdəki həqiqi, nüfuzlu diaspor liderlərilə daha sıx əlaqələr qurmalı, onların fikirlərindən, təkiflərindən faydalanmalıdır”.

“Azərbaycanı dəstəkləyən qrupların formalaşması lazımdır”

Yeni Zelandiyada aktiv siyasi fəaliyyətlə məşğul olan, iş adamı Tofiq Məmmədova görə isə müxtəlif ökələrdəki soydaşlarımızın milli maraqlar üzərində qurulmuş birliyini bundan sonra da qoruyub saxlamaq və möhkəmləndirmək vacib məsələlərdən biridir: “Bu istiqamətdə diasporla yanaşı, həmin ölkələrdəki səfirliklərimiz də böyük rol oynaya bilər. Ümumiyyətlə, xaricdə Azərbaycanı dəstəkləyən qrupların formalaşması və əlaqələrin gücləndirilməsi üçün diasporla səfirliklərin birgə fəaliyyəti zəruridir. Vətən müharibəsi zamanı, informasiya savaşında da Azərbaycan dövləti, xalqı və diasporu bütün gücünü səfərbər edib haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışdı. Bu istiqamətdə müəyyən nəticələr, irəliləyişlər əldə olunsa da, hələ görüləcək işlər çoxdur və bizi qarşıda daha ciddi fəaliyyətlər gözləyir.

Eyni zamanda, azərbaycanlıların bir araya gətirilməsi, onların potensialından düzgün və faydalı şəkildə istifadə olunması vacib amillərdəndir. Bunun üçün müxtəlif ölkə və şəhərlərdəki mədəniyyət mərkəzlərinin sayını artırmaq, olmayan yerlərdə isə yenilərini yaratmaq lazımdır”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8316
 GBP :  2.1276
 TRY :  0.0527
 EUR/USD :  1.0774
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft