AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Urmiyədə Kərkükü dəstəkləyən bannerlər asıldı  •   Səfir: İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir  •   Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir  •   Universitetlərin “diplom süründürməçiliyi”, yollarda qalan məzunlar, bəs, Təhsil Nazirliyi ...  •   Azərbaycan Gürcüstana kömək göndərdi  •   Babək Çələbiyanlı: İran rejimindən dil haqlarımızı alacağıq  •   Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi sentyabrın 29-da gözlənilir  •   Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir  •   Güneydə ‘Ana dilim evdə qalmasın!’ kampaniyası  •   Çinin dünyaya göndərdiyi 135 milyon turistin bir neçə faizi Azərbaycana gəlsə...  •   Ermənistanın iqtisadi inkişaf naziri Şərqi Azərbaycana səfər edib  •   “Regionda hər hansı bir parçalanma və mütəqillik tələbi bölgənin sabitliyinə xələl gətirəcək”  •   Əfqanlar gizli yolla Naxçıvandan Ermənistana keçib - ŞOK İDDİA  •   “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir”  •   Azərbaycan Polşa və Ukraynadan gələn turistlərin sayını artırmaq niyyətindədir  •   Referendum keçirən Bərzani Naxçıvana da göz dikdi  •   Şeyxin çex qadın şəriki tapıldı: Ailədən cavab  •   Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək  •   İranda daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib  •   Lütfi Zadənin məzar yeri dəyişdiriləcək?..   •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Prezident Azərbaycan qadınlarını təbrik etdi
07/03/2017 Yazdır

Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər.

Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar.

Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.

Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.

Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.

İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız".


+ Benzer Haberler
» Urmiyədə Kərkükü dəstəkləyən bannerlər asıldı
» Universitetlərin “diplom süründürməçiliyi”, yollarda qalan məzunlar, bəs, Təhsil Nazirliyi ...
» Azərbaycan Gürcüstana kömək göndərdi
» Babək Çələbiyanlı: İran rejimindən dil haqlarımızı alacağıq
» Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi sentyabrın 29-da gözlənilir
» Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
» Çinin dünyaya göndərdiyi 135 milyon turistin bir neçə faizi Azərbaycana gəlsə...
» Ermənistanın iqtisadi inkişaf naziri Şərqi Azərbaycana səfər edib
» “Regionda hər hansı bir parçalanma və mütəqillik tələbi bölgənin sabitliyinə xələl gətirəcək”
» Əfqanlar gizli yolla Naxçıvandan Ermənistana keçib - ŞOK İDDİA
» Azərbaycan Polşa və Ukraynadan gələn turistlərin sayını artırmaq niyyətindədir
» Referendum keçirən Bərzani Naxçıvana da göz dikdi
» Şeyxin çex qadın şəriki tapıldı: Ailədən cavab
» Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək
» İranda daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib
» Lütfi Zadənin məzar yeri dəyişdiriləcək?..
» Aleksandr Lapşin Azərbaycanı tərk edib
» Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir
» Urmiyədə körpü üzərində Azərbaycanın müqəddəs bayrağı dalğalandırıldı
» Akif Əli Lütfi Zadəyə dediyi sözə görə üzr istədi


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7008
 EUR :  2.0296
 GBP :  2.3031
 TRY :  0.4858
 EUR/USD :  1.1933
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft