AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qarabağda ermənilər tərəfdən döyüşən əcnəbinin məhkəməsi iyulun 14-də davam etdiriləcək
08/07/2021 Yazdır

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilib.

Prosesdə şahid qismində ifadə verən Arif Osmanov bildirib ki, Qənimətlər Parkının yaxınlığında gəzərkən təqsirləndirilən şəxsin saxlanıldığının şahidi olub: "Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən çantasından erməni və rus dillərində yazılar və telefon çıxdı".

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanıb.

Qeyd olunub ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib.

O, Ermənistanda olan "Voma" təşkilatına üzv olmaqla Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib və təşkilatın rəhbəri Vladimr Vartanovla tanış olub. Təqsirləndirilən şəxs 2019-cu ildə təlimlərdə iştirak edib.

Məhkəmədə bildirilib ki, Rusiya Federal Xidmətinin arayışına görə, Eduard Dubakov Rusiyadan Ermənistana bir neçə dəfə səfər edib.

Təqsirləndirilən şəxsin telefonuna baxış keçirilərkən onun "Artsaxçki" adlı istifadəçi ilə yazışmaları aşkar edilib.

Bundan başqa, telefon yazışmalarında müəyyən edilib ki, Dubakov Artyom, Mirzoyan, Zararyan və digər şəxslərlə telefon əlaqəsi saxlayıb.

Daha sonra təqsirləndirilən Eduard Dubakovun istintaqa ifadəsi elan edilib.

İfadədə bildirilib ki, Eduard Dubakov 2018-ci ildə sentyabr-oktyabr ayında sosial şəbəkələrdə "Voma" təşkilatının videoçarxlarını izləyib: "Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyinin şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq, ata tərəfindən erməni olduğumu unutmamışam. Həmin videoya baxdıqdan sonra erməni xalqına kömək etmək istədim. Ona görə də, "Voma" təşkilatı ilə əməkdaşlıq etmək qərarı verdim. İnternet üzərində təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum.

Təşkilatda başqa ölkələrdən gələrək təlimlərdə iştirak edən şəxslər də var idi. Təlimlərdə məqsəd Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci il yanvarın 14-də Azərbaycana gəlmişəm".

Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft