AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qazaxıstanda “Nəsimi ili”nin açılışı olub
26/04/2019 Yazdır

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılışı olub.

Modern.az-ın məlumatına görə, “International Eurasian Book Fair - 2019” kitab sərgisində, paytaxtın böyük “Körme” sərgi salonunda təşkil olunan mərasimində Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın ictimai-siyasi, mədəniyyət və elm xadimləri iştirak edib.

Tədbirdə Akademiyanın prezidenti, professor Darxan Kıdırali bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Azərbaycanda deyil, bütün türk dünyasında böyük məmnunluqla qarşılanıb. Bu hadisə qardaş Azərbaycanda ortaq dəyərlərimizə, milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisi olmaqla yanaşı, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə çox böyük töhfədir.

Darxan Kıdırali vurğulayıb ki, Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.

Akademiya prezidentinin sözlərinə görə, Nəsimi öz istedadı və yaradıcılığının miqyası ilə yalnız Azərbaycan xalqına məxsus olmaqdan çıxıb və bütün türk dünyasının, insanlığın böyük dəyərinə çevrilib. Bütün bunları nəzərə alaraq Beynəlxalq Türk Akademiyası Qazaxıstanda “Nəsimi ili”nin açılışını təşkil etməklə yanaşı, onun seçilmiş şeirlərini qazax dilində nəşr edib.

D.Kıdırali vurğulayıb ki, Nəsiminin əsərləri ilk dəfə qazax dilinə çevrilib. Eyni zamanda, “Azərbaycan ədəbiyyatı antologiyası”nda da Nəsiminin əsərlərinə yer verilib. Bu, qazax oxucularının böyük sənətkarın mənəvi irsini mənimsəməsi baxımından unikal imkan olacaq.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz onun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Səfir qeyd edib ki, yüz illər keçməsinə baxmayaraq, böyük şairin adı Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi hesab olunur. Xurafatçılar tərəfindən dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən böyük sənətkarın məsləki uğrunda faciəli ölümü “ədalətdən dönməzlik” simvoluna çevrilib. Nəsimi öz poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. O, cəzaya məhkum edilərək fiziki olaraq ortadan qaldırılsa da, ideyaları və poeziyası, tolerantlıq və sülh naminə çağırışları heç zaman aradan qaldırıla bilmədi. Bu günün siyasi mənzərəsi, xüsusilə şairin yaşadığı regionda baş verən hadisələr göstərir ki, müasir beynəlxalq münasibətlər baxımından da Nəsiminin əsərləri öz aktuallığını nəinki qoruyur, hətta daha da gücləndirir.

Diplomat bildirib ki, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə bu il mayın 15-də Parisdə UNESCO ilə birlikdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı ilə təşkil olunacaq beynəlxalq forumda dahi şairin anadan olmasının 650 illik yubileyi bu mötəbər beynəlxalq təşkilatla birlikdə qeyd ediləcək.

Milli Məclisin deputatı Musa Quliyev “Nəsimi ili”nin Qazaxıstanda yüksək səviyyədə qeyd edilməsindən duyduğu məmnuniyyəti ifadə edib və bildirib ki, Nəsimi əsərlərində daim düşünən, kamilləşmək arzusu ilə alışıb yanan, kainatın sirlərinə cavab axtaran bir insan obrazı vardır. Dərin məna kəsb edən yaradıcılığı ilə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, türkdilli poeziyanı inkişaf etdirən, Azərbaycan türk dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar bizə əvəzsiz, zəngin bir irs qoyub gedib.
Musa Quliyev ədəbiyyat və mədəniyyətin xalqlarımızı yaxınlaşdırdığını, bunun üçün də qazax ədiblərinin əsərlərinin də Azərbaycan dilinə çevrilməsinin vacib olduğunu qeyd edib.

Qazaxıstanın Avrasiya Milli Universitetinin professoru, tərcüməçi, türkoloq Amantay Şarip isə bildirib ki, Azərbaycan türk dili və ədəbiyyatı tarixində ana dilinin fədaisi kimi önə çıxan Nəsimi öz yaradıcılığı ilə milli şeirin inkişafına yeni istiqamət verib. Şair əsərlərində milli dilin zənginliyinə baş vuraraq, orta əsrlərin mürəkkəb ədəbi mühitində türk dilini təzyiqlərdən qoruyub və özündən sonra Xətai, Füzuli, Vaqif kimi böyük şairlərin söz meydanında daha çoxparlamasına zəmin hazırlayıb.

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı türk dünyasının ədəbiyyat xəzinəsində özünə məxsus yer tutan Nəsimi irsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra xüsusilə türk dünyasında daha geniş şəkildə araşdırılacağına, yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcəyinə inandığını ifadə edib.

Qırğızıstan prezidentinin məsləhətçisi Sultan Rayev bildirib ki, Nəsimi bizim ortaq dəyərimizdir. Oş şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçilib və bu il Qırğızıstanda da “Nəsimi ili”nin qeyd ediləcəyini bildirib.

Tədbirdə Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilində çap olunun “Azərbaycan ədəbiyyatı antologiyası” və Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” kitabları təqdim olunub, Azərbaycan, qazax və rus dillərində Nəsiminin şeirlərindən parçalar səsləndirilib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft