AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Bakı ilə Moskva strateji partnyordu"
18/09/2014 Yazdır
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”

"Azərbaycan suveren ölkədir. Əlbəttə ki, bir sıra ölkələr müxtəlif yollarla Azərbaycana təsir göstərmək istəyirlər. Lakin dəqiq deyə bilərəm ki, bütün bunlar Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərmir. Ölkə başçımız İlham Əliyevin başçılığı ilə həyata keçirilən xarici və daxili siyasət nəticəsində Azərbaycan qonşuları ilə yüksək səviyyəli münasibətləri inkişaf etdirir".

Bunu İTAR TASS informasiya agentliyində keçirilən ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlardır: "Rusiya Azərbaycanın şimal qonşusudur. İki ölkə arasında münasibətlərin tarixi qədimdir. Bizi bir-birimizə sıx tellər bağlayır. İndi də Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir. Tez-tez iki ölkənin hökumət rəsmilərinin qarşılıqlı səfərləri olur. İki ölkə arasında humanitar, iqtisadi və mədəniyyət sahəsində əlaqələr günü gündən inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında hər həftə 140 aviareys həyata keçirilir. Təkcə, gündə Bakı ilə Moskva arasında yay aylarında 9 aviareys, qış aylarında isə 7 aviareys həyata keçirilir. Bu faktın özü iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu göstərir".

 

Səfir jurnalistlərin sualına cavab olaraq Ukraynada baş verənlərə də münasibət bildirib: "Ukraynada baş verənlər sovet dövründə doğulan insanlar üçün kədərli bir tarixdir. Ukraynada vətəndaş müharibəsi gedir. Əlbəttə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz II Dünya müharibəsindən sonra yaradılan nizamın dağılmasını istəmirik. Təəssüflər olsun ki, son 20 ildə bu nizam dağıldı. İlk olaraq Kosovo, daha sonra digərləri...

 

Azərbaycan Ukraynadakı problemin siyasi yolla həllinin tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemini yaşayır. Bu gün Azərbaycan hərbi cəhətdən çox güclü ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Ona görə də, istərdik ki, Ukraynadakı problem də siyasi danışıqlar yolu ilə həll olunsun". 

 

Səfir deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar aparır: “ATƏT-in Minsk qrupu ilə birgə çalışırıq ki, müharibə olmasın, qan tökülməsin, bu münaqişəyə digər dövlətlər, o cümlədən qonşu dövlətlər cəlb olunmasın. Çünki bunun nəticələri bütün tərəflər üçün çox acınacaqlı ola bilər”./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft