AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Dağlıq Qarabağ və digər ərazilərin işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik"
23/04/2016 Yazdır

“Mənim Azərbaycan səfərim Dağlıq Qarabağda gərginliyin hələ davam etdiyi müddətə təsadüf edirdi. Belə vəziyyətin yaranmasına görə kifayət qədər narahatlıq və təəssüf hissi keçirirəm”.

Bunu APA-nın Avropa bürosuna açıqlamasında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

O bildirib ki, atəşkəsin bərpa olunması çox müsbət addımdır: “Fikrimcə, biz Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinin axtarılıb tapılması, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərin azad edilməsi istiqamətindəki fəaliyyətimizi davam etdirməliyik.

Onu da deyim ki, azərbaycanlı gənc oğlan və qızların Bakı küçələrində atəşkəs əleyhinə və müharibə tələbi ilə etiraz aksiyaları keçirmələrindən çox təəccübləndim. Müharibənin gələcəyi, bu məsələnin isə müharibə yolu ilə həlli yoxdur”.

Həmməruzəçi sədri olduğu AŞ-ya üzv dövlətlər arasında münaqişələr üzrə xüsusi Alt Komitənin fəaliyyətinə də toxunub.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşün dünən səhər baş tutduğunu bildirib. “Həmçinin, ilk dəfə olaraq bu görüşə hər iki ölkə üzrə həmməruzəçiləri də dəvət etmişdik. Görüşdə Türkiyə və Kipr də daxil olmaqla, münaqişə ölkələrinin hərəsindən iki nümayəndə iştirak edirdi. Biz bu münaqişələrin həll perspektivləri haqqında danışdıq.

Görüş zamanı Cenevrə Qrupu, Minsk Qrupu kimi beynəlxalq vasitəçilərin fəaliyyətinə toxunmadıq. Biz sadəcə, bu münaqişələrin həlli üçün Avropa Şurasının nə edə biləcəyini müzakirə etdik. 

ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması üzrə ixtisaslaşıb. Alt Komitə isə Avropa Şurası daxilində münaqişə tərəfləri ilə iş aparır. Bəzi hallarda mən nifrət dolu çıxış və bəyanatların da şahidi oluram.

Hər iki ölkə arasında dialoq formatı bizi münaqişənin həllinə bir az da yaxınlaşdırır. Avropa Şurası üzvlərin çıxışlarına tamaşa etmək üçün kinoteatr deyil. İstəyimiz odur ki, birlikdə işləyək”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft