AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Qarabağ"dan möhtəşəm qələbə: Foto+Video
21/10/2016 Yazdır

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.

Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşırb. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar ilk qələbəsini qazanıb.

Matçın ilk hissəsi çempionumuzun üstünlüyü ilə keçib. Ancaq ələ düşən bir neçə fürsətdən istifadə edə bilməyən ağdamlılar bu üstünlüyü tabloda əks etdirə bilməyiblər. On dəqiqənin tamamında Muarrem rəqib qapısı önündə 2 metr məsafədən sağ cinahdan gələn ideal ötürməyə uğursuz toxunuş edib. Top isə qapı xəttinə paralel gedərək meydandan çıxıb.

Bundan 9 dəqiqə sonra bu dəfə sol cinahdan Ansi Aqollinin ötürməsini saxlamadan sol ayaqla qapıya yönəldən Dino Ndlovunun zərbəsi qapıçı da daxil olmaqla hər kəsi keçsə də, qapı tirinə "iliş"di.

Növbəti hücumda rəqib fərqlənə bilərdi ki, bu dəfə Şehiç diqqətli oynadı. İlk hissənin qalan dəqiqələrini də öndə keçirən təmsilçimiz daha bir neçə dəfə təhlükə yaratsa da, 45 dəqiqənin tamamına kimi nəticə əldə edə bilmədi.

İkinci hissə də təmsilçimizin hücumları ilə başladı. Əvvəlcə Ndlovunun hiyləgər ötürməsini başa düşməyən Muarrem təhlükəni başlamamış bitirdi. 56-cı dəqiqədə isə hesab açıldı.

Maksim Medvedevin zərgər dəqiqliyi ilə ötürdüyü topu oyundankənar vəziyyətdən santimetrlərlə yayınan Dani sağ ayağı ilə qapının uzaq küncünə nişanladı.

Hesab açıldıqdan sonra da "Qarabağ"ın hücumları davam etdi. Bir vəziyyətdə Dino Ndlovunun yerinə oyuna girən Mahir Mədətov qapıçını da keçsə də, zərbə vurmaqda gecikdi.

Oyunun sonuna dəqiqələr qalmış Rahid Əmirquliyev fərqi ikiyə yüksəltdi. Oyunboyu passiv çıxış edən, vəziyyətləri sağa-sola xərcləyən Muarrem mükəmməl ara ötürməsi ilə "15 nömrə"ni qapıçı ilə təkbətəkə yolladı. Rahid isə fürsəti boşa vermədi. Sağ küncə nişanlanan top "qapı dirəyi"ni də "salamlayaraq" tora qovuşdu.

Bununla da komandamız qrupda ilk qələbəsini qazandı.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

"Qarabağ" - PAOK (Yunanıstan) - 2:0

Qollar: Dani, 56, Rahid Əmirquliyev, 87

Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler

Dördüncü hakim: Kiril Balikin  (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev (q), 11. Mahir Mədətov, 17. Namik Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

PAOK: 71. Panagiotis Qlikos (q) (k), 3. Leo Matos, 4. Marin Leovac, 7. Mame Baba Tiam, 10. Calma Kampos, 15. Xose Angel Krespo, 16. Qyoko Cimirot, 24. Qarri Rodriges, 28. Yevgen Şaxov, 43. Fernando Varela, 87. Xose Kanyas

Ehtiyat oyunçular: 23. Zeliko Brkiç (q), 8. Çaris Çarisis, 13. Stelios Malezas, 14. Fakunda Pereyra, 20. Etimis Kuluris, 21. Dieqo Bisesvar, 70. Stelios Kitsiou

Baş məşqçi: Vladimir İviç

1.

Fiorentina

3

2

1

0

8:2

7

2.

PAOK

3

1

1

1

2:3

4

3.

Qarabağ

3

1

1

1

5:7

4

4.

Liberets

3

0

1

2

4:7

1

/apasport/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft