AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Türk Fraksiyasi Türkiyə və Azərbaycanla münasibətlərə müsbət təsir buraxa bilər"
11/11/2016 Yazdır

İranın Azərbaycandakı keçmiş səfiri İran Azərbaycanında yerli məsullar, o cümlədən valilərin qonşu ölkələr ilə ticari-iqtisadi münasibətləri genişləndirmək istiqamətində ixtiyar sahibi olduqlarını deyib. Müştərək dil və coğrafi yaxınlıq amilləri baxımından İranın türk bölgələri Türkiyə və Azərbaycan Respublikası ilə yüksək ticari münasibətlər qurmaq potensialına sahib olsa da, Afşar Süleymaninin söylədiyini görə, müxtəlif texniki problemlər səbəbi İlə bu potensialdan az istifadə olunur.

O, həmçinin oktyabr ayının son günlərində İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının bu xüsusda oynaya biləcəyi rol haqqında düşüncələrini paylaşıb.

Cənab Süleymaninin dediyinə görə, “İran Azərbaycanının vilayətləri illərdir ki, Azərbaycan və Türkiyə, ya ümumiyyətlə İranın ətrafındakı ölkələr ilə valilər səviyyəsində iqtisadi əlaqəyə girirlər... Başqa sahələrdə də əlaqələr olur, o cümlədən mədəni əlaqələr. Bunun üçün maneə yoxdur.”

O, ticari münasibətləri gücləndirmək yönündə müştərək dil və sərhədin böyük amillər olduğunu vurğulayır:

“İqtisadi, ticari və mədəni əlaqələrdə sərhəd və dil iki böyük amildir. Mən başqa bir iqtisadi faktor da əlavə edim, o da nəqliyyat məsələsidir... Bu ixrac edilən malların ucuz qiymətlə məqsədə çatmasını təmin edər... Amma, ümumiyyətlə imkanlardan gərək olduğu qədər istifadə olunmayıb. Bəzən az, bəzən də çox olub. Ancaq mükəmməl şəkildə, maksimum səviyyədə istifadə olunmayıb.”

Sabiq səfir bu sahədə mövcud olan bəzi çətinliklərə diqqət çəkir:

“Bəzi dönəmlərdə əlaqələr daha yaxşı olmuş. Qarşılıqlı tələblər, bu tələbləri təmin etmək imkanı və iqtisadi durumun daha yaxşı olduğu dönəmlərdə iqtisadi əlaqələr daha yaxşı olur.

Amma indi həm Azərbaycan Respublikası həm də iqtisadi, ticari və mədəni əlaqələrdə sərhəd və dil iki böyük amillərdir... Amma, ümumiyyətlə imkanlardan gərək olduğu qədər istifadə olunmayıb.

İranda iqtisadı baxımdan bəzi çətinliklər var, alış-veriş qabiliyyəti azalıb, bir də bürokratiya məsələləri var... Bir də mallar bəzən daha bahaya çıxır.”

Bu yaxınlarda Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana rəsmi səfərində prezident İlham Əliyev tərəfindən qəbul edilib. İran Azərbaycanı vilayətləri valilərinin keçmişdə də Azərbaycan prezidentləri ilə görüşdüklərini önə çəkən Afşar Süleymani bu görüşlərin daha çox diplomatik mahiyyət daşıdığını bildirir.

“Bu görüşlər daha çox diplomatik mahiyyət daşıyır və önəm vermək məsələsidir. Belə ki, valilərə prezident səviyyəsində görüş keçirmə imkanı verilir. Bu, diplomatik bir jest kimi özünü göstərir,” deyə o söyləyir.

Süleymani habelə İran Azərbaycanı ilə Türkiyə və Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin genişlənməsinin özəl sektorların güclənməsi ilə mümkün olacağını deyir.

Türk fəallar və bəzi siyasi ekspertlər İranda Azərbaycan vilayətlərinə qarşı bir təhlükəsizlik baxışın mövcud olduğunu önə çəkərək bunun Türkiyə və Azərbaycan Respublikası ilə əlaqələrə də mənfi təsir buraxdığını ifadə edirlər. Amma cənab Süleymani ticarət və investisiya mövzularında belə bir problemin olmadığını müdafiə edir.

Afşar Süleymani həmçinin İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının bu mövzu ilə bağlı oynaya biləcəyi rolu dəyərləndirib.

“Türk Bölgələri Fraksiyası qanun çərçivəsində türklərin və türk bölgələrinin müxtəlif tələblərini ortaya qoymalı, məclisdə gündəmə gətirərək qanun çıxarmalı və o qanunun dövlət tərəfindən icrasına nəzarət etməlidir... Məclisin başqa işi büdcə məsələsidir. Burada [fraksiya] kömək edə bilər ki, türk bölgələrinə büdcəni daha artıq götürsünlər...

Bundan əlavə qonşu ölkələr, özəlliklə Türkiyə və Azərbaycan ilə, əlaqələri gücləndirmək istiqamətində xarici siyasətə dair qanunlar çıxarmaq yönündə fəaliyyət edə bilərlər..,” deyə İranın Azərbaycandakı keçmiş səfiri əlavə edir.

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft