AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR  •   27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi  •   Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”  •   Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər  •   Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq  •   Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir  •   Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad azadlığa buraxılıb  •   İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilibv  •   Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib  •   Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər  •   Təhlükəsizlik qüvvələri milli fəalların ev və iş yerlərinə hücum çəkib  •   Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladılar   •   Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir - Foto  •   Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür  •   Hulusi Kılıç: “1915-ci ildə Makronun heç dədəsi də dünyada deyildi”   •   Azərbaycanda axtarışda olan 22 nəfər saxlanılıb  •   Sarksiyan istintaqda 5 saat dindirildi  •   "Formula 1" daha 3 il Azərbaycanda keçiriləcə  •   Uyğur türklərindən olan qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır  •   Cəmiyyət sədrindən Dövlət Sosial Müdafiə Fonduna ziyarət  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rezidenturaya sənəd qəbulu başlayır
15/02/2018 Yazdır

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir.

Mərkəzdən Trend-ə verilən məlumata əsasən, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il iyulun 8-də keçiriləcəkdir.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


+ Benzer Haberler
» Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR
» 27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
» Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”
» Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər
» Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq
» Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir
» İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilibv
» Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib
» Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
» Təhlükəsizlik qüvvələri milli fəalların ev və iş yerlərinə hücum çəkib
» Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladılar
» Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
» Hulusi Kılıç: “1915-ci ildə Makronun heç dədəsi də dünyada deyildi”
» Azərbaycanda axtarışda olan 22 nəfər saxlanılıb
» Sarksiyan istintaqda 5 saat dindirildi
» Cəmiyyət sədrindən Dövlət Sosial Müdafiə Fonduna ziyarət
» “Traxtur” klubundan son xəbər
» Kəlbəcərdə zəlzələ olub
» Deputat əhaliyə çağırış etdi
» Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9284
 GBP :  2.2203
 TRY :  0.3215
 EUR/USD :  1.1344
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft