AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : "Bəşəriyyətin Türk-İslam irliyinə, ədalətinə ehtiyacı var"  •   Bakıda yanğın - 2 nəfər öldü  •   Avropa Parlamentində İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib  •   “Traxtur” tərəfdarları təhqir edildi  •   Azərbaycanda Yel çərşənbəsi qeyd olunur   •   Ankarada Azərbaycanın qəhrəman qadınlarına həsr olunan elmi seminar keçirilib  •   Rəsmi Bakı Ermənistanın baş “çekist”inə cavab verdi  •   Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 27 il keçir  •   Separatçı Fəxrəddin Abbasov Azərbayacana gətirilməyib   •   Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF   •   İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər etirazlara səbəb olub  •   Yaxın günlərdə Azərbaycana qızılca xəstəliyinə görə vaksinlər gətiriləcək  •   “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama - “Traxtur” tərəfdarları etiraza hazırlaşır  •   “Xocalı soyqırımı erməni şovinizminin mahiyyətini göstərən təkzibolunmaz tarixi gerçəklikdir” - BƏYANAT  •   Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”  •   Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan MƏNZƏRƏ   •   Atəşkəs 22 dəfə pozulub  •   Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib  •   Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında görüş keçirilib  •   Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Sergey Markov: ”Danışıqlar uğursuz olsa, Azərbaycanın hərbi yolla ərazilərini alacaq”
23/04/2016 Yazdır

“Ermənistanla sərhədlərin və kommunikasiyaların açılması qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addımdır”.   

Bunu Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov bildirib.  

Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır.

Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir – hansı ki, Ermənistana sərfdir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. “Kazan formulu” daha böyük ehtimalla reallaşacaq”. 

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri bu formula düzəliş eləməyə çalışacaqlar ki, dinc nizamlanmada təkcə Rusiya iştirakçı olmasın: “Məsələ yalnız bu formulun bir sıra konkret parametrlərini razılaşdırmaqla bağlıdır. Birinci – neçə rayon qaytarılmalıdır. Ermənistan Dağlıq Qarabağı onunla birləşdirən Laçın rayonunu saxlamaq şərtilə 5 rayon təklif edir. Azərbaycan isə 6 rayon, üstəgəl, Laçının bir hissəsində təkid edir. Praktik problemlərdın biri budur”.

Ekspert daha sonra deyib: “Bundan əlavə, hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır: “Ancaq bununla bağlı sənədin preamblua hissəsində gələcəkdə referendum keçiriləcəyi ilə bağlı qeyd olmalıdır. Detallarla bağlı diskussiya olacaq. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın.

Ermənistan isə deyir ki, “Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?” Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər. İkinci praktik problem budur”.  

Politoloq ümumən, Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneənin İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsi ilə bağlı olduğunu deyib.

“Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan ümumiyyətlə, bu kompromislər üçün elə də “əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib.

Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”, - deyə Markov işğalçı tərəfə xəbərdarlıq edib.  

“Yox, danışıqlar uğurlu olsa, regionda gərginlik azalacaq, onun iqtisadi resursları böyüyəcək” – politoloq qeyd edib.  

“Bu, həmçinin, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə daha intensiv əməkdaşlığına zəmin yaradacaq. Sadalananlara yanaşı, nizamlama insanların daha intensiv yerdəyişməsinə stimul verəcək və bölgədə Rusiyanın təsirinin müəyyən dərəcədə artmasına gərirəcək” – politoloq əmindir.

Putinin danışmanının dəyərləndirməsinə görə, Qərbin aktual danışıqlarda konstruktiv rolu prosesə müdaxilə etməməkdən ibarət ola bilər: “Bildiyimiz kimi, ABŞ başqa təşəbbüslərə qarşı dözümlü deyil. Odur ki, Amerika tərəfdən prosesi tormozlayan təkliflərin olması mümkündür. Bu xüsusda Vaşinqtonun konstruktivliyi yalnız o olardı ki, “Kazan formulu”nun reallaşması yolunda təkərlər arasına ağac salmasın”.

“ABŞ və Fransadan fərqli olaraq, Rusiyada güclü erməni diasporu ilə yanaşı, güclü Azərbaycan diasporu da var – hansı ki, bir-birini tarazlayır. Bu da Rusiyaya imkan verir ki, Qarabağ məsələsində daha balanslı mövqe tutsun. ABŞ-ın prosesə müdaxiləsi ilk növbədə Amerikadakı erməni lobbisinin müdaxiləsi şəkilində olacaq - hansı lobbi ki, məsələdə Ermənistandakı toplum və hakimiyyətdəki “Qarabağ klanı”ndan da radikal mövqe sərgiləyir” - əlavə edib rusiyalı politoloq./musavat/  


+ Benzer Haberler
» Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir
» Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək
» 25 ildir işğal altında qalan Füzuli və Cəbrayıl . . .
» Millət vəkili AŞPA-da səsləndi: "Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur"
» Səfir: İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir
» Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir
» Moskvada ermənilərin Qafqaza köçürülməsinə dair sənədli filmlərin nümayişi keçirilib
» Araşdırma: Donbas və Krımdan Qarabağa göndərilən muzdlular..
» ”Təklif edilən 5+2 rayonun qaytarılması qəbuledilməzdir”
» İngiltərə parlamenti Qarabağ problemini müzakirəyə çıxarır
» Ermənistanın Şuşanı işğal etməsindən 24 il ötür
» ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
» Lavrov: "Ermənistan Dağlıq Qarabağın statusunun birtərəfli qaydada müəyyən olunmayacağını bəyan edib"
» BBC-nin jurnalistləri erməni təcavüzündən əziyyət çəkmiş cəbhəboyu rayonlarda olublar
» Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Ağdam sakini ölüb, 7 nəfər yaralanıb
» Qarabağda erməni hərbçi məhv edildi
» "Dağlıq Qarabağ və digər ərazilərin işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik"
» XİN: Ermənistan rəhbərliyinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri vəziyyəti gərginləşdirir
» İƏT: Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır
» İnşallah Ağdamda “Çay Evi”mizi gözəl şəkildə yenidən quracağıq - Foto


 
Hava Vəziyyəti
You have an error in your SQL syntax; check the manual that corresponds to your MySQL server version for the right syntax to use near '13017' b='15045' c='meridian-az.com' d='entity_mapped'" />Meridian-az.com' at line 1