Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dənizdə batıb.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı çimərliyində qeydə alınıb.
1960-cı il təvəllüdlü Qüdrət Muradov və 1997-ci il təvəllüdlü Nuranə Musayeva dənizdə çimərkən boğularaq ölüblər.
Hər iki ölüm faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
|