AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Təbrizdə tutulan fəalların harada saxlanıldığı bilinmir  •   "Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi"  •   Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI  •   Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb   •   Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb  •   “Təhdidlər davam edəcəksə, F-16-ların nə edəcəyini də görəcəklər”  •   8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir  •   Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik  •   “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ  •   Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat  •   Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi  •   Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ  •   Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib  •   Polşada ermənilər azərbaycanlılara atəş açdı - Foto  •   Güney azərbaycanlı jurnalist xanım "Sepah" tərəfindən həbs edilib  •   Xətainin heykəli köçürüldü   •   Bakıda koronavirus şübhəsi ilə 5 iranlı xəstəxanaya yerləşdirildi  •   Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür  •   Azərbaycanda erkən nikahlarla bağlı REKORD göstərici - 5138  •   Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub
06/01/2020 Yazdır

Təbrizin İran parlamentindəki millət vəkili İran rejimini Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqlara başlamağa çağırıb, millət vəkilinin təklifi radikal qüvvələrin kəskin etirazı ilə qarşılanıb.

Şəhabəddin Bimiqdar bu barədə “Sepah” terror qruplaşmasının Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymaninin İraqda zərərsizləşdirildikdən sonra “Şəms” saytının müxbirinə danışıb.

“Mənim təklifim təmkinli olmaq və İranla Amerika arasında danışıqların başlamasıdır. Ümid edirəm ki, iki ölkə arasında müharibə baş verməyəcək. Ona görə ki, ABŞ və müttəfiqlərinə qalib gəlməyin çətin olduğu hiss olunur.”- deyə o bildirib.

Azərbaycanlı millət vəkili “bu cinayətə qarşı ən yaxşı cavab nədən ibarət ola bilər?” sualının cavabında təmkinli olmaq və danışıqların başlamasının doğru qərar olacağını bildirib.

Ş.Bimiqdarın bu sözləri ona qarşı “Sepah” tərəfdarlarını hərəklətə keçirib. Məlumata görə, bəsic qüvvələri və “Sepah” tərəfdarlarından ibarət bir neçə nəfər millət vəkilinin ofisinin qarşısına toplaşaraq ona etiraz bildirib. Onlar istifadə etdikləri “ağır intiqam” hashtagında onun əleyhinə mətnlər paylaşıb, millət vəkilini qeyrətsiz adlandırıblar.

“Sepah”a bağlı olan bir neçə sayt da Təbriz, Azərşəhr və Üskünün millət vəkilinə sərt reaksiya verib.

Xülyalarla yaşayan “Sepah” tərəfdarları İranın Amerika Birləşmiş Ştatlarından ağır intiqam alacağına inanır. Lakin İranın açıq şəkildə Amerikanın mövqelərinə hücum etməsi heç də inandırıcı görünmür.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad hava limanı yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymani və İraqın "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın dini lideri və İran Prezidenti Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib./gunaz.tv/


+ Benzer Haberler
» Təbrizdə tutulan fəalların harada saxlanıldığı bilinmir
» "Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi"
» Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
» Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb
» Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
» “Təhdidlər davam edəcəksə, F-16-ların nə edəcəyini də görəcəklər”
» 8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir
» Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
» “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ
» Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat