AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Toğrul İsmayıl: İrandan gələn türklər nə istədiklərini tam olaraq bilmir
11/10/2015 Yazdır

Toğrul İsmayıl İrandakı türklərin durumunu Türkiyə toplumuna anlatmaq istiqamətində fəallığın son illərdə artdığını, ancaq yenə də yetərli olmadığını ifadə deyib.

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Respublikası və Türkiyə toplumlarında güney məsələsi ilə bağlı məlumatlandırmanın səviyyəsini şərh edib.

Toğrul İsmayıl güney məsələsi ilə tanışlıq baxımından Türkiyə və Azərbaycan Respublikasındakı durumun fərqli olduğunu önə çəkərək bunun müxtəlif səbəblərindən söz açıb:  

“Azərbaycan uzun illər Sovetlər Birliyinin tərkibində olan bir respublika idi. Sovet dönəmində belə güney məsələsi ilə bağlı xüsusi siyasətlər var idi. Sovet İttifaqı 1945-46-da orada dövlət qurma cəhdi, sonra beynəlxalq səviyyədə ondan vaz keçilməsi, qısa sürədə bu dövləti qurarkən oraya Sovet Azərbaycanından mütəxəssislərin göndərilməsi və ondan sonra da Sovet dönəmində İran məsələsində Azərbaycan faktorunu siyasi faktor kimi istifadə etməsi öz izlərini buraxmışdır.

Misal üçün, Sovet dönəmində İranla münasibətlər yaxşı olduğu zaman rəsmi qəzetlərdə o bölgə "İran Azərbaycanı", münasibətlər pisləşən kimi isə "Cənubi Azərbaycan" olaraq adlandırılırdı.”

Güney məsələsi ilə yaxından maraqlanan Toğrul İsmayılın söylədiklərinə görə, “həmin səbəblərə əsasən Sovet dönəmində belə güney məsələsi yəni orada yaşayan türklərin məsələsi Azərbaycan ədəbiyyatında xüsusi yer almış, toplumda isə bir növ əks səda doğurmuşdur.”

O həmçinin, 1945-46 illərində qurulmuş milli hökümətin əməkdaşlarından bir qrupunun arazın şimal tərəfinə köçməsi və mərhum Əbulfəz Elçibəy kimi siyasətçilərin də güney məsələsinə verdiyi önəmə işarə edir.

Beynəlxalq əlaqələr eksperti bu mövzu ilə bağlı Türkiyədəki durumu da ətraflı şəkildə şərh edir;

“Qalxıb desək ki, Türkiyədə İrandakı türklərin halı bilinmir, bu doğru olmaz. Bu məsələ ilə məşqul olan cidd mütəxəssislər var. Mütəxəssislər və alimlər səviyyəsində hətta siyasilər səviyyəsində bu məsələ bilinməkdədir,” deyə o bəyan edib.

O Türkiyədəki bəzi siyasi şərtlərin İrandakı türk məsələsinin daha artıq gündəmə gəlməsinə mane olduğunu da önə çəkir:

“Burada bir siyasi faktor var. İran Türkiyənin uzun illərdir qonşusudur. Türkiyə Cumhuriyyəti İranla münasibətlərini pozmamağa çalışır. Bu məsələyə həssaslıqla, siyasətlə yanaşır. Hələ Osmanlı-Səfəvi dönəmində başlayan rəqabəti də göz önünə alsaq bu çox həssas və diplomatik məsələyə çevrilir... Ayrıca Türkiyədə də bəzi etnik problemlər var...”

İran və Güney Azərbaycandan Türkiyəyə köçən türklərin fəaliyyətlərini dəyərləndirən cənab İsmayıl fəallığın son illərdə artdığını ancaq yenə də yetərli olmadığını ifadə edir:

“Əlbəttə ki, Türkiyədə, xüsusilə bu məsələlərin yayılması və təbliğatı İrandan gələn türklərin üzərinə düşür. Yəni onlar işin gerçəyini doğru olaraq əks etməyə çalışmalı və daha aktiv olmalıdırlar. Əvvəllər belə aktivliyin olmadığını görürdük, amma getdikcə xüsusilə Türkiyə universitetlərində təhsil alan gənclər arasında ciddi şəkildə bir aktivləşmə var.”

O, eyni zamanda bu fəaliyyətlərin yetərli olmadığını vurğulayır:

Bunlar yetərlimidir? Üzülərək söyləyirəm, yetərli deyil. Səbəbi də budur, İrandan gələn türklər, əsas məsələni, tam olaraq nə istədiklərini bilmirlər, bu bir siyasi düşüncə mi? İctimai hərəkat mı? Bunun necə olduğunu tam açıq və aydın şəkildə ortaya qoya bilmirlər. Təşkilatlanma zəifdir, yəni iki üç nəfər bir araya gəlir...”

“Könlümüz istəyir ki, daha çox insan Türkiyədə güney məsələsini, İrandakı türklük məsələsini tanıtdıra bilsin. Sadəcə Türkiyə deyil, beynəlxalaq səviyyədə,” deyə Toğrul İsmayıl əlavə edib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft