AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Türkiyəli diplomat: “Məsut Yılmaza dedim ki, Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz” - MÜSAHİBƏ
18/10/2016 Yazdır

Türkiyə Xarici İşlər Nazirliyinin SSRİ üzrə idarəsinin keçmiş rəisi, Türk Tarix Qurumunun həqiqi üzvü Bilal Şimşirin APA-ya müsahibəsi:

- 2011-ci ilin aprelində dərc olunmuş 800 səhifəlik “Azərbaycan” adlı kitabınızda müstəqilliyin elanından əvvəlki və sonrakı prosesləri ətraflı şəkildə yazmısınız. O dönəmin xatirinizdə qalan mühüm anlarını oxucularımızla bölüşməyiniz mümkündürmü?

- SSRİ-nin dağılması prosesində bizim ən həyəcanla gözlədiyimiz məsələ Azərbaycanın öz müstəqilliyini elan etməsiydi. Hörmətli Turqut Özal 1991-ci ilin martında Moskvadan Bakıya gedəndə qardaş paytaxtda Baş Konsulluğumuzu açdıq.

Oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini yenidən elan etməsinə dair xəbəri həm Bakıdan, həm də Moskvadan aldıq. Daha sonra xəbərlərin gəlməməsi və Azərbaycanın bizdən tanınma tələb etməməsi narahatlığımıza səbəb oldu. Həm hökumət Azərbaycanı tanımaqda ləng tərpənirdi, həm də qardaş ölkənin müstəqilliyini tanımağımız üçün Bakıdan tələb gəlmirdi.

Mən prezident Özal və baş nazir Məsut Yılmaza müraciət edərək tanınma tələbi  gətirməsi üçün Bakıya diplomat göndərməyi təklif etdim. O vaxt xristian ölkələri SSRİ-dən ayrılmış eyni dindən olan ölkələri tez tanıdılar, ancaq Azərbaycanın müstəqilliyinin tanınmasından söhbət gedəndə bizim tanımağımıza da mane olmağa çalışırdılar. Həm Özal, həm də Yılmaz mənim təklifimə müsbət baxdılar və bir an əvvəl özümün Bakıya getməyimi istədilər.

Mən Moskvadakı səfirliyimizin vəziri-muxtarı Halil Akıncı və müavinim Kurtuluş Taşkəntlə Bakıya getdim. Orada prezident və baş nazirlə görüşərək Türkiyəyə tanınma tələbi ilə müraciət etmələrini istədik. Müxalifət lideri Əbülfəz Elçibəylə görüşümü də heç vaxt unutmaram. Çox sadə bir evdə yaşayırdı, pəncərə sınmış, təzə şüşə salmamışdılar.

İqtidarın da, müxalifətin də Türkiyəyə tanınma tələbi verməsinə müsbət baxdıqlarını görüb Türkiyəyə qayıtdıq. Tələb gələn kimi, vaxt itirmədən Azərbaycanı tanıma bəyannaməsi yazıb hökumətə təqdim etdik. Prezident Özala və baş nazir Məsut Yılmaza dedim ki, biz Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz və münasibətlərimizin gələcəyində həmişə böyük nöqsan kimi xatırlanar.

Noyabrın 8-də Məsut Yılmaz hökuməti Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən rəsmən tanınması haqqında bəyannaməni  təsdiq etdi. Daha sonra hökumət dəyişdi və DYP-SHP koalisiyasının xarici işlər naziri Hikmət Çətin bəyannaməni Məclisdə təsdiq etdirdi.

- Müstəqillik bəyannaməsi elan edilən kimi, Baş Konsulluğun səfirliyə çevrilməsi barədə qərar qəbul edildi, Altan Karamanoğlu fövqəladə və səlahiyyətli səfir oldu.

- Altan bəy Ankaraya gəldi, onun güvən məktubu hazırlandı, Bakıdan razılıq gələndən sonra səfir oraya gedərək güvən məktubunu prezidentə təqdim edəcək, rəsmən fəaliyyətə başlayacaqdı. Ancaq Altan bəyin ayağı sınmışdı, bir müddət xəstəxanada yatdı. Biz isə güvən məktubunun bir an əvvəl Bakıda prezidentə təqdim edilməsinə çalışırdıq.

Məktubu Bakıya mənim aparmağım qərarlaşdırıldı. Əvvəlcə baş nazirlə görüşdüm, məktubu alıb bir tərəfə qoyandan sonra dedi ki, tələsəcək işimiz yoxdur. Mən isə Türkiyənin tələsdiyini və səfir Karamanoğlunun güvən məktubunun bir an əvvəl təsdiq edilməsinin lazım olduğunu dedim. Məktub prezidentə təqdim edildi, mən Ankaraya qayıtdım, bir müddətdən sonra Altan bəy Bakıya getdi. Dekabrın axırında Azərbaycan müstəqillik referendumu keçirəndə də mən Bakıdaydım.

Azərbaycan çox gənc bir dövlət idi, səfirimizin güvən məktubunu prezidentə təqdim edəndə demişdim ki, bu, güvən məktublarının vahid formasıdır, siz də Azərbaycan türkcəsində bundan hazırlatdırın. Həm iqtidarla həm də müxalifətlə daimi əlaqədə idik. 1992-ci ilin fevralında prezident Ankaraya gəldi, müharibə şəraitində olan qardaş Azərbaycana dəstəyi genişləndirməyi qərarlaşdırdıq. 

- Sizin Azərbaycana daha əvvəlki gəlişinizi şəxsən yaxşı xatırlayıram. 1991-ci ilin iyununda Türk Tarix Qurumu heyəti ilə Bakıda olanda  professor Abdulhaluk Çay sizin 20 dollarınızı mənə verib, poçt markaları almağımı istəmişdi. O gəlişinizdə siyasi və diplomatik məşvərətləriniz olmuşdumu?

- O vaxt Azərbaycan müstəqillik elan etməmişdi. Ancaq prosesin Azərbaycanı müstəqilliyə doğru apardığını görməmək mümkün deyildi. Biz daha çox ortaq  əlifba və tarix məsələləri üzərində müzakirələr aparırdıq. Məndə “Kommunist” qəzetinin 1922-ci ildə latın hərfləriylə çıxmış nüsxələri vardı. Əbülfəz Elçibəy dedi ki, bunları ilk dəfə görürük. O vaxt biz ərəb əlifbasından istifadə edirdik. Azərbaycan o işdə bizdən çox qabağa düşmüşdü, ancaq 1939-cu ildə kiril əlifbasını qəbul etmək məcburiyyətində qalmışdı.

Biz Azərbaycanın latın əlifbasını qəbul etməsini istəyirdik. Bakıdakı müzakirələrimizdə fikir ayrılığı daha çox “ə”  və “x” hərflərinin üzərində olmuşdu. Azərbaycan alimləri bu səslərin dildə olduğunu, ona görə əlifbada da olmasının lüzumu üzərində durdular. Mən filatelistəm, ona görə Azərbaycanın öz poçt  markalarını hansı əlifbada yazacağı da mənim üçün maraqlı idi. O gediş-gəlişlərimizin həm müstəqilliyin qazanılmasında həm də ölkələrimiz arasındakı münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə rolu oldu.

- Siz “erməni məsələsi” ilə bağlı Türkiyədə ən çox kitab çap etdirmiş araşdırıcı olduğunuza görə o sahədə dünya miqyasındakı prosesləri də yaxından izləyirsiniz. Fransa Senatının “soyqırım olmayıb” deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu yenidən qəbul etməsi barədə nə deyə bilərsiniz?

- AİHM-in Perinçək qərarında bir hadisənin “soyqırım” kimi xarakterizə edilməsi üçün məhkəmə hökmünün olması zərurəti ifadə edilib. 1915-ci il hadisələri ilə bağlı heç bir məhkəmə qərarının olmamasına baxmayaraq, Fransa Senatının yenidən qanun qəbul etməsinin heç bir hüquqi əsası yoxdur.

İsveçrə parlamenti öz qərarlarını ləğv etməyə hazırlaşarkən Fransa Senatının yenidən eyni qərarı qəbul etməsi heç nə ifadə etmir. AİHM Böyük Palatasının Perinçək-İsveçrə prosesində verdiyi qərar Avropa Şurasına üzv olan bütün ölkələr üçün bağlayıcıdır.

Mayis Əlizadə

İstanbul

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft