AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Türkiyənin “Avropa nağılı” sona çatır: Brüssel və Ankara yollarını tam ayırır
06/09/2017 Yazdır

Almaniya və Türkiyə nümayəndələri eyni gündə bəyanat verərək, Türkiyənin Avropa Birliyinə qəbul olunmasının indiki şəraitdə məqbul olmadığını deyib.  

Ötən ay prezident Ərdoğan çıxış edərək, ölkəsinin Avropa Birliyinə daxil olmaqda maraqlı olmadığını açıqlamışdı. Türkiyə rəsmən Avropa Birliyinə üzvlüyə namizəd olsa da, məsələnin qapandığını deyə bilərik.

Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastener Türkiyə ilə Avropa Birliyi arasında danışıqların qeyri-müəyyən müddətə dondurulduğunu bildirib.

“Türkiyədəki real vəziyyət bu ölkənin Avropa Birliyinə üzv qəbul olunmasını, inteqrasiya prosesinin güclənməsini və s. nəzərdən keçirməyə imkan vermir”.

Kastener Brüsselin Ankara ilə bu illər ərzində apardığı danışıqları vaxt itkisi adlandırıb.

Həmin gün Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı Türkiyə ilə danışıqların tam dayandırılması ilə bağlı müzakirələrin başlanacağını demişdi. Türkiyənin hüquqi dövlət anlayışından uzaq düşdüyünü deyən Merkel Ankaradakı ab-havanı narahatedici adlandırmışdı.

Almaniya və Türkiyə arasında münasibətlər son 2 ayda sürətlə pisləşirdi. Hətta avqustda Ərdoğan Almaniyanın əsas partiyalarını – Sosial-Demokrat, Yaşıllar və Merkelin Xristian-Demokrat İttifaqı partiyalarını “Türkiyənin düşməni” elan etmişdi və türk icmasını onlara səs verməyəyə çağırmışdı.

Buna cavab olaraq almaniyalı deputatlar Ərdoğanın ailə üzvlərinin xarici bank hesablarını dondurmağı, türk nazirlərinə qarşı viza sanksiyaları tətbiq etməyi məsləhət bilmişdilər.

Münasibətlərin kəskin pisləşməsi 2016-ci ilin 15 iyulunda dövlət çevrilişinə cəhddən sonra baş vermişdi. Rəsmi Ankara hadisələrin arxasında ABŞ-da yaşayan din xadimi Fətullah Güləni ittiham etmişdi. Çevrilişə cəhddən sonra 50 min insanın həbsi 140 mindən artıq dövlət işçisinin vəzifəsindən kənarlaşdırılması və s. addımlar Brüsselin etirazına səbəb olmuşdu.

Amma Fransa və Almaniyanın Türkiyəyə qarşı prinsipial “yox” mövqeyi bundan əvvəl də özünü biruzə verirdi. Belə ki, hələ 2007-ci ildə Fransa prezidentliyinə namizəd Nikola Sarkozi “Avropa Birliyi sərhədsiz deyil və Türkiyənin Birlikdə yeri yoxdur: İttifaqın sürətlə genişlənməsi Avropa siyasiçöküşü deməkdir”.

Avropadakı elektorat Türkiyənin Birliyə qəbul olmasını 80 milyonluq müsəlman ölkəsinin Brüsseldə güc mərkəzlərini dəyişəcəyi fikrindədir. Bu üzvlüyün reallaşmasını istəyən avropalılar isə Ankaranın üzvlüyü sayəsində Avropa Birliyinin geostrateji mövqeyinin möhkəmlənəcəyini, Şərqi Aralıq dənizi və Qara dənizdə sabitliyə xidmət edəcəyini deyir.

Türkiyə əhalisinin də Avropa Birliyinə münasibəti 2015-ci ildən sonra dəyişib. Türkiyə vətəndaşları Brüsselin niyyətlərinin təmiz olmadığı fikrindədir./modern/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft