AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : "Bəşəriyyətin Türk-İslam irliyinə, ədalətinə ehtiyacı var"  •   Bakıda yanğın - 2 nəfər öldü  •   Avropa Parlamentində İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib  •   “Traxtur” tərəfdarları təhqir edildi  •   Azərbaycanda Yel çərşənbəsi qeyd olunur   •   Ankarada Azərbaycanın qəhrəman qadınlarına həsr olunan elmi seminar keçirilib  •   Rəsmi Bakı Ermənistanın baş “çekist”inə cavab verdi  •   Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 27 il keçir  •   Separatçı Fəxrəddin Abbasov Azərbayacana gətirilməyib   •   Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF   •   İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər etirazlara səbəb olub  •   Yaxın günlərdə Azərbaycana qızılca xəstəliyinə görə vaksinlər gətiriləcək  •   “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama - “Traxtur” tərəfdarları etiraza hazırlaşır  •   “Xocalı soyqırımı erməni şovinizminin mahiyyətini göstərən təkzibolunmaz tarixi gerçəklikdir” - BƏYANAT  •   Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”  •   Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan MƏNZƏRƏ   •   Atəşkəs 22 dəfə pozulub  •   Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib  •   Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında görüş keçirilib  •   Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Urmiyə Gölü ilə bağlı yeni sosial media kampaniyası başladılıb
07/02/2018 Yazdır

İslahatçı və mühafizəkar siyasətçilər Urmiyə Gölünü canlandırma layihələrinin uğursuz olması ilə bağlı bir-birlərini günahlandırarkən, minlərlə sosial media istifadəçisi yeni bir kampaniya başladaraq diqqətləri İran Azərbaycanında yaşanan ekoloji faciəyə yönəltməyə çalışır.

Mühafizəkar qanada mənsub millət vəkilləri və yerli məsullar prezident Həsən Ruhaninin Urmiyə Gölünün canlandırılmasına dair verdiyi vədlərə əməl etmədiyini önə çəkirlər.

Hökümət nümayəndləri isə canlandırma layihələrinin uğursuz olduğunu qəbul etsələr də, imkanların məhdud olduğunu irəli sürürlər.

Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri layihələr üçün yetərli büdcə ayrılmadığından şikayətlənir.

“Hazırda Urmiyə Gölü ilə bağlı əsas problem lazımi vəsaitin təmin olunmamasıdır. Təəssüf ki, bu günə qədər Urmiyə Gölünü canlandırmaq üçün ayrılmış büdcə yetərli olmayıb,” deyə İsa Kəlantəri bu yaxınlarda mətbuata bildirib.

İsa Kəlantəri eyni zamanda Həsən Ruhani höküməti tərəfindən ətraf mühitin mühafizəsi təşkilatına sədr təyin edilib. O, ümumiyyətlə hökümətin maliyyə mənbələrinin məhdud olduğunu və xüsusilə ətraf mühiti qorumaq üçün çox kiçik bir vəsaitin ayrıldığını qeyd edib.

View image on Twitter
Yanvarın 5-də başladılan yeni kampaniyaya qatılanlar türk, fars və ingilis dillərində müxtəlif hashtaglər ilə media və beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. İngiliscə #Save_Lake_Urmia ən çox istifadə edilən hashtaglərdən biridir.
 
Əksəriyyəti İran Azərbaycanından olan Twitter istifadəçiləri, o cümlədən türk fəallar dövlət və hökümətin əsasən Urmiyə Gölü böhranını çözməyə niyyətlərinin olmadığını önə çəkirlər.

Bir istifadəçi yazıb: “Dilimizi, kimliyimizi, tariximizi baltaladılar. Yıxılmadıq. Yöntəm dəyişdirdilər. İndi sıra gölümüzdə.”

Sosial media paylaşımlarının bir çoxu Urmiyə Gölü ilə əlaqədar gələcək nəslin suallarına veriləcək cavablar ilə bağlıdır.

Başqa bir istifadəçi fars dilində belə yazıb: “İran xəritəsinin üst bucağında bir gözyaşı damlası gözəlcə cilvələnirdi. Onu qurutdular.”

Bu günlərdə həmçinin Urmiyə Gölü ətrafında yerləşən bəzi şəhərlərin millət vəkilləri, habelə Şərqi Azərbaycan vilayətindən bir qrup siyasətçi İranın ali ruhani liderinə məktub ünvanlayaraq Urmiyə Gölünə diqqət yetirməsini xahiş ediblər./amerikaninsesi/


+ Benzer Haberler
» “Traxtur” tərəfdarları təhqir edildi
» Azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlanılıb – Tehranda
» Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad azadlığa buraxılıb
» Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir - Foto
» Uyğur türklərindən olan qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır
» Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb
» Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib
» Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur
» Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi
» Təbrizin millət vəkili: “Urmu gölü Tehranda olsaydı, milli məsələyə çevriləcəkdi”
» İran yenə ayağa qalxdı: 7 şəhərdə etirazlar keçirilib
» Nadir Qazipurun ana dilinin əhəmiyyəti ilə bağlı mesajı
» Güney Azərbaycanda həbslər dalğası davam edir
» Babək Qalası yürüşü ilə əlaqədar bir çox türk fəal həbs edilib
» Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu
» Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir
» Azərbaycanlı fəaldan Urmu gölünün qurudulmasına etiraz – VİDEO
» Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib
» Təbrizdə birinci park kitabxanası yaradıldı
» Təbrizdə “kitab mübadiləsi” qrupu yaradılıb


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9288
 GBP :  2.2567
 TRY :  0.311
 EUR/USD :  1.1346
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
27. Yılında Hocalı Soykırımı: Nedenler ve Sonuçlar
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft