Bu sözləri“Newsaze.com” “Azərbaycanın Dostları” cəmiyyətinin sədri, yazar Elman Mustafazadə bildirdi.
“Əslində Azərbaycanda hansısa məmurun erməni kökənli olması barədə yayılan xəbər elədə sensassiya deyil, mərhum prezident Heydər Əliyev də qeyd edirdi ki, Azərbaycanda 30 min erməni yaşayır.
Bəzən haqsızlıqlarla dolu qeyri-obyektiv yazılarla rastlaşırıq. Belə ki, baş nazirin müavini Yaqub Eyyubov barəsində gedən yazıya inanmaq istəmirəm. Y.Eyyubovun Belçikada səfir işləmiş oğlu Emin Eyyubovu həm şəxsən tanıyıram, həmçinin onun diplomat kimi fəaliyyətindən xəbərdaram. E.Yaqubov yeganə diplomatlardan biridir ki, Azərbaycan diplomatiyasından reklamsız çox işlər gördü və inanıram ki, bundan sonra da edəcək”,-deyə cəmiyyət sədri söylədi.
“E.Eyyubovun elə faydalı fəaliyyətləri var ki, bəlkə də burda qeyd etmək düzgün olmazdı” deyən cəmiyyət sədri fikirlərini belə izah etdi: “23 illik qürbət həyatımda həmişə avropa diplomatlarımızın fəaliyyətini izləmişəm, zaman-zaman onların anti-azərbaycan fəaliyyətlərini mətbuatda (ermənilərlə arayış alverləri və s.) haqda yazmışam. Ancaq məndən soruşsalar ki, avropada Azərbaycan üçün vicdanla xidmət etmiş bir neçə diplomatın adını çək, mən məmnuniyyətlə Emin Eyyubovun, Vilayət Quliyevin, Fuad Hümbətovun, İsfəndiyar Vahabzadənin, Fuad İsgəndərovun, Tofiq Zülfüqarovun və digərlərinin adlarını qürurla çəkərdim. Adını çəkdiyim bəzi diplomatlarımızla şəxsi münasibətim elədə isti deyil, lakin onların əməyi yüksək qiymətləndirilməlidir. Amma gəlin heç olmasa yaxşılarımızı qoruyaq və qədirlərini bilək”,-deyə Elman Mustafazadə qeyd etdi.
Elnur Eltürk
|