AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» DGTYB “Gəldik, gördük, yazdıq” kitabının təqdimatını keçirdi
30/01/2013 Yazdır

 

Newsaze.com xəbər verir ki, 29 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə işıq üzü görmüş "Gəldik, gördük, yazdıq" kitabın təqdimatı və eyni adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən DGTYB başqanı Əkbər Qoşalı deyib ki, 5 ay boyunca davam edən layihə çərçivəsində onlarla məqalə, informasiya, fikir, rəy yayınlanıb və onların ən önəmliləri kitab şəklində nəşr edilib. Nəşrdə mətnlər Azərbaycan dili ilə yanaşı, Türkiyə, Qazax, Qırğız, Kırım-tatar türkcələrində və rusca verilib. Nəşrin bir bölümü “Gəldik, gördük, yazdıq” layihəsi fotolarda adlanır.
Ümumən layihənin fəlsəfəsi Azərbaycana dəvət edilmiş türksoylu yazarlara gerçəklikləri öz gözləri ilə görmələrinə imkan yaratmaq, həqiqəti diqtə etmədən onların şahid olduqlarını öz ölkələrində, digər ölkələrdə yayınlamalarını təmin etmək və “bizi qıraqdan necə görürlər”, "Qarabağı türk dünyasının ortaq sorunu kimi necə dəyərləndirirlər" kimi suallara cavab aramaq olub. 
Sonra millət vəkilləri Qənirə Paşayeva və Fuad Muradov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, Fondun Müşahidə Şurasının üzvü, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin başçısı Səadətdin Topukçu, Türkiyə böyükelçiliyinin mədəniyyət müşaviri Seyidəhməd Arslan, TÜSİAB Baş Katibi Yasin Göral, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, KİV DDF Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, TOHGM İB-in sədri, “Hərbi And” qəzetinin təsiçisi Emin Həsənli, TÜSİAB-ın mətbuat katibi Səlçuq Düzgün, müharibə veteranı, şair Şahin Ülvi (Qədirli), “Dialoq Avrasya” Platformu Azərbaycan nümayəndəliyinin Gənclik Qolları başqanı Edil Həsənli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, araşdırmaçı-yazar dr. Eldəniz Şamlu Abbaslı və başqaları çıxış edərək layihənin, eyni adlı kitabın uğurlu tərəflərindən söz açıblar. 
Çıxışçılar layihənin uğurla keçdiyini, təqdim olunan nəşrin də bu uğurun ifadəsi olduğunu vurğulayıblar. Onlar layihə rəhbərinə, layihənin həyata keçməsində dəstəyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, ötən il Azərbaycana gəlmiş qonaqlar, yəni qardaş ölkələrin nümayəndələri ilə tanışlıqdan aydın oldu ki, qardaş ölkə və topluluqların yazarları belə Ermənistan təcavüzkarlığından, Qarabağ problemindən arzuolunana səviyyədə məlumatlı deyillər; DGTYB qonaq yazarları işğal olunmuş bölgələrə, sərhəd zonalarına, “0 nöqtəsi”nə, Quba Soyqırım Məzarlığına qədər apardı və ondan sonra onların təsəvvüründə olumlu dəyişiklik və məlumat bazası yarandı. 
Qarabağ, ümumən Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaq işinin vacib məsələlərdən biri olduğunu, amma bunu dünya ictimaiyyətinə və geniş oxucu kütləsinə ünvanlamağın daha vacib olduğunu qeyd edən natiqlər, respublikamıza gələn yazarların yaşadıqları coğrafiyada fikir yaratmasının, sonra isə həqiqətlərin onların vasitəsilə ilə daha geniş oxucu kontingentinə yayılmasının müsbət bir nəticə olduğunu qeyd etdilər. 
Sonda qeyd olunub ki, “Gəldik, gördük, yazdıq” kitabı respublikanın aparıcı kitabxanalarına, habelə türksoylu ölkə və topluluqların mədəniyyət, elm mərkəzlərinə pulsuz paylanacaq.
Tədbirdə KİV və QHT təmsilçiləri ilə yanaşı tələbələr də iştirak edirdi. 
 
Elnur Eltürk
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.859
 GBP :  2.2184
 TRY :  0.0496
 EUR/USD :  1.0935
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft