
"Milli Kimlik" Konsepsiyasının hazırlanması çərçivəsində keçirilən tədbirlərdə milli ideologiyanın cəmiyyətdə rolu ilə bağlı ekspertlərin fikirlərini öyrənməyə çalışırıq.
İlk öncə fikrini öyrəndiyimiz “Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun eksperti, tanınmış yazar-təhqiqatçı Anar Turan milli ideologiyanın bir ictimai sinfin, millətin, xalqın vəya dövlətin öz gələcəyini qurmaq üçün qəbul etdiyi baxışlar və ideyalar sistemi olduğunu söylədi:
“Milli ideologiya bir millətin ictimai-sosial, milli-mədəni, mənəvi dəyərlərinin mühafizəkar formada qorunmasını və saxlanılmasını təmin edən elmi-fəlsəfi konsepsiyalar toplusudur.
Milli ideologiya hər şeydən öncə dövlətçilik institutunun möhkəmləndirilməsinə xidmət edən, xalqın milli özünədərkini kortəbii inkişafdan mütəşəkkil formaya keçməsinə zəmin yaradan sistemli prinsiplər və tezislərdən ibarətdir”.
Elnur Eltürk
|