AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Yunana və erməniyə güvənmək üçün ciddi analiz aparmaq lazımdır”
04/11/2021 Yazdır

Cihad Yaycı: “Türkiyənin düşmənləri S-400-ün alınmasına qarşı çıxır”
 

 “NATO dağılmaq istəmirsə, Yunanıstana qarşı tədbirlər görməlidir”

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı  Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- G20 sammitində prezidentlər Rəcəb Tayyib Ərdoğan və Co Baydenin görüşünü necə qiymətəndirirsiniz? Türkiyənin ABŞ-a çatdırmaq istədiyi mesajlar nələr idi?


- Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qəbul etdiyi qərarlar haqqında çox ciddi mesajlar verdi. Terror dəstələrinə Amerikanın verdiyi dəstəyi açıq şəkildə dünyaya bildirdi və belə bir şeyə gələcəkdə icazə verməyəcəyini də vurğuladı. Bununla yanaşı, Türkiyə və Amerikanın  NATO dövləti olduğunu bir daha xatırlatdı. Bu nöqtədə Amerikanın nə edəcəyini izləmək lazımdır. Amerikanın digər bir NATO dövləti olan Yunanıstana və hərbi birliyə üzv olmayan Cənubi Kiprə dəstək verməsi Türkiyəni narahat edən məsələdir.

 

- Ərdoğan Baydenlə görüşdən sonra Suriya məsələsində müsbət siqnallar aldığını bildirdi. Sizcə, Türkiyə Suriyada PKK terrorçularına qarşı yeni hərbi əməliyyat keçirəcək?


- Ərdoğan özü çıxışında bildirdi ki, “lazım olarsa, öz göbəyimizi özümüz kəsərik, amma kimsədən dəstək və yardım gözləmərik”. Yəni Türkiyə Suriyada öz problemini özü həll edəcək.  Aldığımız məlumatlara görə, Suriyada ciddi bir hərəkətlənmə olub. Həmçinin, Amerikanın Rusiya və Bəşər Əsəddən yardım istədiyini eşidirik. Amerikanın digər ölklərə təlimatı belədir ki, Türkiyənin əməliyyatlarının qarşısı alınsın. Bununla onlar Türkiyədən qorxduqlarını göstərirlər.

 

- Son zamanlar NATO-nun Türkiyəyə qarşı təzyiq etdiyini görürük. S-400 raket kompleksləri ilə bağlı yaranan qalmaqaldan sonra ABŞ-ın Türkiyəyə qarşı Yunanıstana ciddi dəskət verdiyini, hərbi bazalar inşa etdiyini görürük. Bu, Ankara üçün hansısa problemlər yarada bilər?


- Hazırda Yunanıstan Amerika tərəfindən  dəstəklənir. Amerika prezidentinin ləqəbi “Baydonpolos” - yəni yunan dostu olaraq bilinir. Bunun üçün də  Amerika rəhbərliyinin Yunanıstanı dəstəkləməsinə təəccüblənməməliyik.
Burada Türkiyə qərarlılığını sərt şəkildə ortaya qoymalıdır. Yunanıstanın NATO üzvü Fransa və Amerika ilə müdafiə sahəsində müqavilə bağlaması qəbul edilə bilməz bir davranışdır. Çünki bunların üçü də NATO üzvü olan ölkələrdi. Belə bir sual ortaya çıxır ki, bu ölkələr hərbi birliyin içində ayrılıqda yenidən bir hərbi müqavilə niyə bağlayırlar? Bu qəbuledilməz bir haldır. Burada əsas hədəf Türkiyədir. Bilirik ki, Qarabağ müharibəsində də Yunanıstan erməniləri dəstəkləmişdi, yəni onlar sadəcə türk düşmənləridir. Əslində, Amerika da yunanları çox sevdiyindən yox, türkləri sevmədiklərindən ötrü onların yanında yer alır. Türkiyəyə qarşı Egey dənizində bir blokada yaratmağa çalışırlar. Yaxında Yunanıstan su sərhədlərini genişləndirə bilər. O zaman bu, Türkiyənin 1995-ci ildəki qərarlarına zidd olacaq. Ola biləcək hadisələr tək iki ölkə arasında münasibətlərə deyil, NATO-ya da təsir edə bilər. İki NATO ölkəsinin müharibə etməsi NATO-nun sonu deməkdir. NATO dağılmaq istəmirsə, Yunanıstana qarşı tədbirlər görməlidir”.


- Bəs ABŞ-ın Türkiyəyə qarşı “F-16” və “F-32” qırıcıları ilə bağlı açdığı savaşın səbəbi nədir? Türkiyə buna qarşılıq öz təyyarələrini istehsal edə bilərmi?


- Türkiyənin Rusiyadan aldığı S-400-lər hücum deyil, müdafiə silahlarıdır. Yəni bu komplekslə hansısa ölkənin ərazisinə hücum edə bilməzsiniz. Elə isə Türkiyənin düşmənləri S-400-ün alınmasına niyə qarşı çıxır? Məqsəd Türkiyəni havadan müdafiəsiz buraxmaqdır. Amma Amerikanın müdafiə etdiyi Yunanıstanın da S-300-ləri var. Buna qarşı heç kimsə bir söz demir. Bunun adı türk düşmənçiliyidir. Amerika Türkiyəyə təyyarə verməzsə, Ankara öz təyyarəsini istehsal etməlidir. Biz sadəcə Amerikaya möhtac olmalı deyilik. Türkiyə hazırda özünün milli döyüş təyyarələrini hazırlamağa başlayıb. Eyni zamanda, pilotsuz uçuş aparatlarını da inkşaf etdirir. Bunlarla da Türkiyə həqiqətən hava sahəsində heç kimdən asılı olmayacaq. Əslində əvvəl bizim çox ciddi texnoloji xətalarımız vardı. Amma bu problemlər artıq öz həllini tapır.


- Türkiyənin dəniz təhlükəsizliyini təmin etməkdə hansı problemləri var?

 

- Egey dənizində Türkiyəyə qarşı Yunanıstanın müdaxiləsi var. Amma Türkiyə hər zaman sülh tərəfdarıdır. Bununla birlikdə Türkiyə “Aralıq dənizi qalxanı” birliyini yaradıb. Bu birlik dost ölkələrinin dəstəyi ilə yaradılıb. Mən Azərbaycanın da bura daxil edilməsi üçün bir xeyli güc sərf etmişdim. Çünki Bakı-Tiflis-Ceyhan neft  boru kəməri bu ərazidən keçir, təhlükəsizliyin təmini üçün bu birlik çox vacibdir. Türkiyə həmçinin, dəniz təhlükəsizliyini təmin etmək üçün bütün güclərini səfərbər edir.


- Son zamanlar Ermənistan və Türkiyə arasındakı münasibətlər yumşalmağa başlayıb. İki ölkə arasındakı əlaqələr bundan sonra necə davam edəcək?
 

- Qarabağ müharibəsindən sonra Türkiyənin Ermənistan siyasəti Azərbaycanla birlikdə aparılır. Əslində Ermənistan kiməsə qarşı təcavüz etməzsə, təhlükəsizlik problemini yenidən ortaya atmazsa, o zaman Türkiyə qapılarını Ermənistana aça bilər. Amma bu vəziyyət Azərbaycan dövləti ilə birlikdə aparılır. İki ölkə arasındakı sərhədlər yaxın bir zamanda açıla bilərmi, onu deyə bilmərəm. Çünki Ermənistan çox da güvənilən bir dövlət deyil. Yunana və erməniyə güvənmək üçün çox ciddi analiz aparmaq lazımdır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft