AZ TR RU EN
»Giriş Sayfam Yap »Favorilere Ekle »Sitene Ekle »Arşiv
ANASAYFA FOTO GALERİ VİDEO HABER İLETİŞİM
     
SON DAKİKA : Türk Devletleri Teşkilatı Üyeleri Anayasa Yargısı Konferansı kuruldu     Azerbaycan’ın siber güvenlik adımına yerli teknoloji üreticisinden destek     Güneş sistemini tartışan öğrenciler Azerbaycan yolcusu     Washington’da buluşan Türklerden şehit diplomatlara anma, Ermeni iddialarına tepki     Azerbaycan, Türkiye’nin ’Koruyucu Aile Sistemi’ tecrübesinden istifade edecek     Şuşa’daki Zafer Kurultayı’nda ’güç birliğine’ vurgu yapıldı     Azerbaycan, Ukrayna’ya insani yardım gönderdi     Azerbaycan’dan Pençe-Kilit Operasyonu’nda şehit olan asker için taziye mesajı     Rusya Devlet Başkanı Putin, Ermenistan Başbakanı Paşinyan ile görüştü     Aliyev: Ermenistan, Nahçıvan’a yapılacak yolların koordinatlarını vermedi     Dünya turuna çıkan Türk "mim" sanatçısı Kılıç, ilk durağı Bakü’de     Azerbaycan’a girişlerde Kovid-19 PCR testi sunma zorunluluğu kaldırıldı     BMC, Azerbaycan’a 170 otobüs daha ihraç etti     Bakan Çavuşoğlu, Azerbaycanlı ve Türkmenistanlı mevkidaşlarıyla telefonda görüştü     Aliyev, Ermenistan’ın ilişkilerin normalleşmesi için sundukları teklifi kabul ettiğini bildirdi     TÜRKSOY Genel Sekreterlik görevini Sultan Raev devraldı     AB: Ermenistan ve Azerbaycan’la barış için somut süreç başlatmaya karar verdik     Cumhurbaşkanı Erdoğan, Azerbaycan Cumhurbaşkanı Aliyev ile telefonda görüştü     Azerbaycan: Brüksel’de Ermenistan’la barış için önemli adım atıldı     Azerbaycan Kültür Bakanı Kerimov, Şuşa’nın ’Türk Dünyası Kültür Başkenti’ ilan edilmesini değerlendirdi    
Güncel Haberler Politika Ekonomi Kültürel Spor Karabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR İbrahim NƏBİOĞLU
12
14
16
18
15/08/2018 10:18
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)

Buddanın hüzuruna gələn gənc ondan möcüzə göstərməsini istəyir. Əgər möcüzəyə şahid olsa, onun tələbəsi və davamçısı olacaq. Budda möcüzə yaradır, bunu görən gənc adam  “Sənin tələbən olmağa razıyam” deyir. Budda isə “Sən mənə artıq lazım deyilsən” deyərək ondan imtina edir…

Bütün gecəni yağış yağdı. Gözümü açan kimi torpağın necə qoxacağını təxmin etməyə çalışdım. Otelin restoranında səhər yeməyini tez yeyib şəhərə çıxırıq. Saat çox erkəndir, Alp dağlarının ətəyinə düzülmüş yamyaşıl park və xiyabanların əhatəsindəki Zalsburqun sabahı müşkü-ənbər qoxur. Birdən yağış durur, Günəş özünü göstərən kimi qoxu itir. Bu gün də bürkü olacaqdı.

Bir gün əvvəl gəzə bilmədiyimiz Mirabel Sarayına gəlirik. Bu tarixi bina şəhərin ən məşhur memarlıq abidələrindən biridir. 1606-cı ildə Yepiskop Ratenau tərəfindən sevgilisi Solomiya Alt üçün inşa edilib və onun da şərəfinə Altenau Sarayı adlandırılıb. Bir müddət sonra yepiskop həbs edilir və Sarayın yeni sahibi din xadiminin məşuqəsi ilə uşaqlarını küçəyə atır. Qadının adını silmək üçün Saraya italyanca “gözəl”, “əsrarəngiz” anlamına gələn “Mirabel” adını verirlər.

Avropanın bir çox saray və qəsrləri kimi Mirabeli də möhtəşəm qılan təkcə binanın memari gözəlliyi deyil, böyük əraziyə yayılmış park və gül bağçalarının gözəlliyidir. Buralar ərəblər üzündən ciddi qoruma altındadır. Yaşıl örtüyün üzərində gəzən, gül və çiçəkləri qoparıb onlarla bağbanın əməyini zay edən, əsrlərin sınağından çıxmış binanı təxrib edən miqrantlar avstriyalıları da zinhara gətiriblər. Əvvəlki gün günorta parkda yüzlərlə ərəb qaçqın sərinlənirdi. İndi isə gözümüzə bir nəfər belə olsun ərəb dəymir. Mühafizəçilərindən biri ərəblərin günortaya qədər yatdıqlarını, sonra da şəhərin kafe və yeməkxanalarına daraşdıqlarını, ən nəhayət də “xumarlanmaq” üçün parklara axın etdiklərini deyir. Saata baxıram, bir azdan buralar onların istilasına uğrayacaq.

Miqrantlara, xüsusilə də ərəb qaçqınlara görə Avstriyada milliyyətçi cərəyanlar güclənir, bəzi qruplar tərəfindən onlara qarşı keçirilən irqçı aksiyaların sayı günbəgün artır. Rəsmi Vyana artıq bu ölkədə yaşayıb ikili vətəndaşlıqları olan türklərdən Türkiyə təbəəliyindən imtina etməyi tələb edir.

* * *

Mirabel Sarayı Zaltsax çayının sağ sahilindədir. Sol sahilə keçib “Motsarteum” adlanan Zalsburq konservatoriyasına gedirik. Arada addımlarımı tezləşdirirəm ki, ərəblər küçələrə tökülüşmədən rahat gəzək. Yoldaşımın “Heç ərəb də Köhnə Şəhərə, muzeylər bölgəsinə gələrmi?” deməsini məntiqli bulub sürəti azaldıram. Goldgasse (Qızıllı Dalan), Judengasse (Yəhudi Dalanı) və Steingasse (Daşlı Dalan) küçələrini tarix “tənəffüs edərək” gəzirik. “Cafe Mozart”da qəhvə və məşhur “Salzburger Nockerln” sifariş vermişik.

Adı “Zalsburq Təpələri” kimi tərcümə edilən bu desert klassik suflenin başqa bir formasıdır. O da Kayzerşmarrn (İmperator omleti) və Almalı Ştrudel (rulet) kimi Avstriya mətbəxinin ən sevilən desertidir. Zalsburq 3 təpə üzərində yerləşdiyindən “Salzburger Nockerln”i şəhərin simvoluna çevirərək üç təpəli yapırlar. Bu desertin şanı o qədər böyükdür ki, avstriyalı bəstəkar Fred Raymond (1900-1954) “Salzburger Nockerln” adlı operetta da yazıb. Operettada bu desert “eşq kimi şirin, busə kimi bihuşedici” tərif edilir. Heç bir ləzzət bizi yolumuzdan döndərə bilmir.

“Köhnə Şəhər” iki böyük qayalıq dağ – Mönchsberg və Festunberg arasında sıxışıb qalıb sanki. Mobil telefonumdakı xəritədə Zalsburq konservatoriyasını tapıb, Modern Sənətlər Muzeyi və Konservatoriyaya doğru istiqamət alırıq…

Zalsburq konservatoriyası Motsartın ölümündən xeyli sonra arvadı Konstansanın bilavasitə iştirakı ilə 1841-ci ildə qurulub. Mozarteumun İlkin məqsədi musiqiçilər yetişdirmək və Motsartın sənət irsinin öyrənilməsi idi. Beynəlxalq Motsart Fondu ilə birləşəndən sonra 1914-cü ildə konservatoriya statusu alır. Konservatoriyanı şöhrətli qılan təkcə Motsartın adını daşıması deyil. Bu əfsanəvi məktəbin məzunları, burada dərs verən korifey sənətçilər də təhsil ocağının şanına şan qatırlar. Bir tək Herbert fon Karayan nəyə desən dəyər. Konservatoriya bu gün həm də “Motsart kitabxanası” üçün kitab, müxtəlif sənəd və çap məhsulları,arxiv materialları toplamaqla məşğuldur. Kitabxana adı gələndə ağlıma ilk Borxes gəlir hər zaman. Borxes də gəldimi planlar da ona görə dəyişir. Zatən Konservatoriyada da nəsə bir tədbir keçirilirdi, içəri girə bilmədik.

Yenidən yağış başlayır. Yağmurluğumu və çətiri oteldə unutmuşam, yoldaşım tədbirlidir, hər şeyi var. Onu muzey bölgəsində buraxıb, konservatoriyanın önündəki “Beer Garden”dəki boş masalardan birinə otururam. Hava birdən sərinləyir, “Hirter” sifariş verirəm. Karintiya bölgəsində 1270-ci ildən (!) istehsal olunan bu pasterizə olmamış, 8.3 %-lik pivənin içimi çox yumşaqdır, ancaq damaqda acımtraq bir dad buraxır.

Necə də hər şey qədimdir, hər şey tarixdir. Və necə də qədimlik və tarixi yaşadırlar…

* * *

Sels Avl Kornelius (Celsus Aulus Cornelius, e.ə. 30 – b.e. 50) qədim Roma alimi, həkim, hüquqçu və filosofudur. O, gigiyena, terapiya, cərrahiyyə və patalogiya sahəsində böyük əsərlər yazmış, tibbi terminologiyanın əsasını qoymuşdur. Latın dünyasının Hippokratı, bəlağətli danışığına görə isə təbabətin Siseronu sayılır. Selsdən 1500 il sonra İşveçrədə, Sürix ətrafında alman ailəsində dünyaya bir oğlan uşağı gəlir. Bu uşaq böyüyüb XVI əsrin ən önəmli alimlərindən biri, modern tibbin qurucusu, tanınmış həkim və kimyagər olacaq. Əsil adı Filip fon Hohenheym (1493-1541) olan bu iddialı gənc Ferrara, Bazel, Bolonya universitetlərini bitirir. Gələcəkdə “Farmakologiyanın Atası” adlandırılacaq fon Hohenheym təvazökarlıqdan azca uzaqmış ki, özünə “Parasels” adını götürür. “Para” yunan dilində “bənzər” anlamına gəldiyindən özünə “Selsə Bənzər” adını götürür.

24 yaşında isə magiya, sehrbazlıq, anatomiya və b. sahələri öyrənmək üçün dünya səyahətinə çıxır. Avropada getmədiyi ölkə qalmır, müharibələrdə iştirak edir, hərbi cərrah kimi təcrübə qazanır. Bu ölkələrdə qaraçılar, ara həkimləri, cadugər və cəlladlarla görüşür, müxtəlif türkəçarə müalicə üsullarını toplayır. “Qadın xəstəlikləri”, “Böyük Cərrahiiyə” kimi 9 fundamental elmi əsər yazır.

Parasels 1527-ci ildə Bazel universiteti qarşısında Hippokrat, Qalen və İbn Sinanın kitablarını yandıraraq tibbin inkişaf yolunu dəyişdirir. O, elmə Böyük islahatçı kimi daxil olub, öz fəlsəfə və tibb məktəblərini yaradaraq, bütün dövrlərin ən görkəmli alimlər kaqortasına daxil edilib.

Parasels 1530-cu ildə Zalsburqa köçərək, tibb sahəsindəki yeniliklərinə burada davam edir. Onun “Hər şey zəhərdir və hər şey də dərmandır” deyimi ən yayğın aforizmlərdəndir.

* * *

Yağış kəsir, heyranlıqla Strubergasse, 21 ünvanındakı Tibb universitetinin sadə görünüşlü binasına baxıram. Universitet Paraselsin adını daşıyır, 2003-cü ildə qurulub. Özəl fondlar, şəxsi ianələr hesabına maliyyələşən bu təhsil ocağı Avstriyanın az saydakı pullu universitetlərindən biridir. Bir semestr üçün təhsil haqqı 750 avrodur, yəni digər Avropa universitetləri ilə müqayisədə “havayıdır”. Həkimlik Avstriyada ən prestijli peşələrdən biridir, həkimlər ölkənin ən yüksək gəlir qrupuna aiddir. Ona görə də dövlət həkim ixtisaslarına kvota təyin edib – ali məktəblərdəki həkim yerlərinin 70 %-i öz vətəndaşlarına, 25 %-i Avropa Birliyi ölkələrinin abituriyentlərinə ayrılır. Xarici ölkə vətəndaşları isə 5%-lik yer uğrunda mübarizə aparırlar.

Burda təhsil alan bir rusla söhbət edirəm, universitetin əsas özəlliyinin təhsil proqramının qısa, 5 illik olmasını deyir. Özümü saxlaya bilməyib rus tələbəyə “Borxesin sizin universitetlə nə əlaqəsi var?” deyə gözlənilməz sual verirəm. Gözünü döyüb, “Nə əlaqəsi ola bilər ki? Bura ədəbiyyat universiteti deyil ki” deyib məndən uzaqlaşır. Bir az ayaq saxlasaydı, ona nə əlaqəsi olduğunu danışacaqdım. Yoldaşım gəlib çıxır, gördüyü hansısa yeni bir şey haqda danışmağa başlayır. Başımı guya dinləyirəm deyə sallayıram, fikrim isə qızıl gülün yanındadı…

* * *

“Paraselsin qızıl gülü” Xorxe Luis Borxesin ən gözəl hekayələrindən biridir. “Qum kitabı”, “Sirli möcüzə” kimi bu parlaq novellasında da böyük mistifikator insanın daxili dünyasını tənzimləyən sonsuzluq və vəhdətin dialektikasını muncuq kimi ipə düzür. Hekayənin adından belə gözəllik, təravət axır. Başdan ayağa ədəbiyyat meditasiyasıdır hekayə. Cəmi 3-4 səhifə olmasına baxmayaraq dünyanın ən məşhur filosof-yazarının əngin xəyal gücü, dərin passajları oxucunu hekayə bitdikdən sonra da intizarda saxlayır. “Paraselsin qızıl gülü”ndən sonra Şərq və Şərq nağıllarındakı möcüzələrin dahi Borxesə necə böyük təsir etdiyini anlayırsan.

Hekayənin süjeti çox sadədir. Görkəmli mistik Paraselsin evinə bir gənc gəlir və Ustaddan onu özünə şəyird götürməsini istəyir. Ancaq ən əvvəl Ustaddan ona bir möcüzə göstərməsini xahiş edir – buxarıya bir qızılgül atır, od tutan gül kül olur. Və əgər Parasels küllərdən qızılgülü yenidən yaratsa, onda o, kimyagərin qüdrətinə inanacaq və ömürlük onun şəyirdi olacaq. “Sən çox sadəlövhsən, — Parasels deyir. – Mənə isə səndəki inanc lazımdır”. Parasels gəncin  dediyini etmir, onun gedişindən sonra isə küldən bir çimdik götürərək qızılgülü dirildir, möcüzə edir, onu yenidən yaradır.  

Çocuqluğumuzdan beynimizə möcüzəyə inanmamaq yeridilir, mərhəmət aşılanmır, işıqlı, ziya saçan nə varsa sorğu-sual etdirilir, hər şeyə şübhə və tərəddüdlə baxma təlqin edilir. Amma hər cür nadanlıq, alçaqlıq qeydsiz-şərtsiz qəbul etdirilməyə çalışılır. Onlar üçün beyinləri zəhərləmək sərbəstdir, maneə yoxdur. Bütün doqmaları, yalan və palanları tərəddüdsüz qəbul etdirməyə əlləşirlər və biz də təslim oluruq – işığı qoyub qaranlığa sığınırıq, orada bizi tapmayacaqlarını düşünürük.

Borxesin Paraselsi gəncin önündə olmasa da möcüzə edir, o, qızılgülə yenidən həyat verir. Parasels inanclı və imanlıdır, qızılgülün qızılgül olduğuna inanır. Dahi kimyagər gənci qovaraq tək qalır, xəlvətə çəkilərək möcüzə yaratmağa davam edir, ancaq bu möcüzə gizlin qalmır. Mən bu möcüzəyə şahidəm və indi siz oxucular da bundan xəbərdar olursunuz – Möcüzə var!!!…

* * *

“Paraselsin qızılgülü” hər yadıma düşəndə istər-istəməz ovqatım təlx olur. Çünki Parasels, Eynşteyn, Mask kimi möcüzə yaradan sehrbazların, işıq saçan alimlərin sayı get-gedə azalır. Onların yerini isə “fokus-pokus” yapan ucuz tryuk ustaları tuturlar.

Universitetin qarşısındakı skamyada oturub Paraselsin adını daşıyan bu təhsil məbədinə tamaşa edirəm. Yaxındakı kilsədən ruhani təmasdan üzlərinə hüzn və həlimlik çökmüş yaşlı, baxımlı, ciddi görkəmli insanlar çıxırlar. Universitetdən tələbələr evlərinə gedirlər. Gələcək və uzaqlar rəngarəng geyimli, şən və şaqraq səsli bu gənclərindir.

Axşam oteldə bloknotuma etdiyim qeydlərimi təsnif edirəm. Sabah erkəndən Vyanaya hərəkət edəcəyik. Yağış şiddətini artıraraq davam edir. Motsartın doğulduğu şəhərdən ayrılarkən onun ən gözəl əsərlərindən biri olan 40-cı Sol Minor simfoniyasını açıram yenə. Leonardo da Vinçinin ölümsüz “Mona Liza” tablosundakı qadının təbəssümü nə qədər sehirlidirsə, Motsartın bu simfoniyası da bir o qədər elədir.

Yazıldığı dövrü qabaqlamış bu möhtəşəm əsər insan ruhununun dramatik, hətta ən faciəvi hallarını təsvir edir. Da Vinçinin “Mona Liza”sının təbəssümü sehirli, baxışı dərin və ehtiraslıdır. Ondakı bu dərinlik və əlçatmazlıqlar sol minorun üzərində necə də möcüzəvidir. Motsartın bütün ilahi musiqisi kimi. Və ölümsüz simfoniyanın finalı — Allegro Assai bitincə nəyinsə itdiyini, yox olduğunu, qeybə çəkildiyini hiss edirsən. Leonard Bernstein və Boston simfonik orkestrinin bu ifadan sonra həyatda qalmaları da başqa bir möcüzədir…

Önceki Yazılar :
 
Hava Durumu
Kurlar
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ÇOK OKUNANLAR bu hafta | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft