AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər  •   Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ  •   6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb  •   Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək  •   Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir  •   Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video  •   “Qarabağ”dan səfərdə uğurlu çıxış  •   MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub  •   “Traxtur” komandası Türkiyədən qayıtdı  •   “Ermənistanın əsl niyyəti hamıya bəllidir”  •   Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rusiya və Türkiyənin bir-birindən şübhəsi təbiidir, çünki...
12/04/2019 Yazdır

Rusiya və Türkiyə liderlərinin ikitərəfli münasibətlərlə bağlı verdikləri müsbət bəyanatlar əhəmiyyətlidir. Baxmayaraq ki, münasibətlərin ümumi səviyyəsi onların bəyanatlarının ümumi ruhuna tam uyğun deyil. Amma bütövlükdə – son bir neçə əsrlik müddəti götürəndə bu münasibətlərlə bağlı bəlkə də Türkiyə Cümhuriyyətinin qurulmasından qısa müddət sonrakı münasibətlərlə paralellik apara bilərik.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, hazırda Türkiyə Cümhuriyyətinin qurulmasından qısa müddət sonra olan münasibətlərdən də uğurlu ikitərəfli münasibətlər dövrüdür. Bununla belə, müsahibimiz qeyd edib ki, münasibətlərin tam arzulanan səviyyəyə çatmamasının bir sıra ciddi səbəbləri var:

“Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsində balans Rusiyanın xeyrinədir. Türkiyə Rusiyadan aldığı qazın qiymətinin aşağı salınmasına nail ola bilmədi. Suriyada da münasibətlər tam arzulanan səviyyədə deyil. Hətta kürd məsələsində də problemlər qalmaqdadır. Bunların əsas səbəblərindən biri odur ki, hələ də Türkiyə-Rusiya münasibətlərinin əsas hərəkətverici qüvvəsi Qərb qarşıdurmasıdır. Yəni, ikisinin də Qərblə münasibətlərdə ciddi problem yaşamasıdır. Onlar əmin deyillər ki, Qərblə münasibətlərdə yaşanan bu gərginlik nə qədər çəkəcək?

Məsələn, Rusiyanın Qərblə yaşadığı gərginlik nə qədər sürəcək və Moskva nə vaxt Türkiyə ilə strateji əməkdaşlıqdan vaz keçəcək...

Eyni zamanda Rusiya da əmin deyil ki, Türkiyənin Qərblə münasibətlərində problem nə qədər davam edəcək və Moskva ilə münasibətləri nə vaxtadək dərinləşdirməyə çalışacaq... Düzdür, nüvə enerjisi məsələsində, S-400-lər, hərbi sahədəki əməkdaşlıq əvvəlki illərdən fərqli olaraq münasibətləri bir qədər dərinləşdirib. Əvvəlki illərdə Qərblə münasibətlərdə xırda gərginlik yaşayırdılar və qısamüddətli yaxınlaşırdılar. Bu dəfə həmin yaxınlaşmanın müddəti bir qədər uzun olub. Amma hələ də tərəflər bir-birini tam strateji müttəfiq kimi görmür”.

A.Aslanlı bildirib ki, Rusiya üçün ən vacib məsələlərdən olan Krım probleminə baxışda fərqlilik var:

“Həmin məsələyə görə Rusiyanın bütövlükdə Qərblə münasibətləri pisləşib. Yalnız bu məsələyə görə yox, həm də bu məsələyə görə...

Yaxud Suriya məsələsi Türkiyə üçün həyati dərəcədə vacibdir. Bu məsələdə iki ölkənin mövqeyi Ankaranın arzuladığı səviyyədə deyil. Bu cür məsələlər var. Qarabağ məsələsini də qeyd edə bilərik.

Türkiyə arzulayır ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun şəkildə həll olsun və bu prosesdə hərəkətverici qüvvələrdən biri Rusiya ola bilər. Amma Rusiya üstünə düşən rolu yerinə yetirmir.

Türkiyə prezidenti ümumi şəkildə ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edəndə əslində dolayısıyla Rusiyanın da bu məsələdəki yanaşmasını tənqid etmiş olur. Yəni bir neçə belə strateji əhəmiyyətli məsələ var ki, Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları davam edir”.

Siyasi şərhçi bildirib ki, Putin və Ərdoğanın münasibətlərinin ən səmimi olduğu dövrdə də Rusiya Türkiyənin kənd təsərrüfatı məhsulları ilə bağlı fərqli addımlar atırdı: “Halbuki Qərblə münasibətləri gərgin olduğu halda Qərbin, konkret olaraq Avropanın bir sıra dövlətlərinə daha loyal davranırdı.

Yəni, liderlərin şəxsi münasibətləri Rusiya-Türkiyə münasibətləri baxımından müsbətdir, bu tendensiya davam edərsə münasibətlər daha da dərinləşə bilər. Bəlkə nə vaxtsa strateji xarakter də daşıya bilər. Amma bu gün hələ o nöqtədə deyil. Odur ki, anlaşmazlıqların ortaya çıxması, böyüməsi, iki tərəfin bir-birindən şübhələnməsi, narahat olması təbiidir”.


+ Benzer Haberler
» Məmmədyarov Moskva görüşünün detallarını açıqladı: “Biz belə bir razılığa gəldik ki,...”
» Azərbaycan-Rusiya-Ermənistan görüşü keçirilə bilər
» Rəsmi Bakı Ermənistanın baş “çekist”inə cavab verdi
» Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib
» MSK İlham Əliyevin namizədliyini təsdiqlədi
» Prezidentliyə namizədlərin sənədləri fevralın 27-dən MSK-ya təqdim ediləcək
» Mikayıl Cabbarov vergilər naziri təyin edilib
» Ərdoğan-Putin görüşü: Həll olunmayan məsələlər...
» Müxalifətdən hakimiyyətə işləyənlər... - YAP-çı deputatdan AÇIQLAMA
» Tehranda Azərbaycan və İran prezidentlərinin görüşü olub
» Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
» Oqtay Əsədov: Azərbaycana qarşı ikili standartlar bizi yorub
» 3 məntəqədə referendum etibarsız sayıldı
» Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq
» Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı azərbaycanlı idi - Foto
» Azərbaycan və ABŞ arasında imzalanmış "Açıq səma sazişi" qüvvəyə minib
» Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıb
» Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi yenə də destruktiv siyasət yürütməklə məşğuldur”
» İlham Əliyev və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub
» XİN: Azərbaycan Sergey Lavrovun açıqlamasını təqdir edir


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8766
 GBP :  2.1213
 TRY :  0.299
 EUR/USD :  1.1039
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft