“Qarabağ” “Dandolk” oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, oyunun 78-ci dəqiqəsində "Dandolk"un futbolçusu Patrik Hoban bərabərlik qolunu vurub: 1:1.
Oyun elə bu hesabla da başa çatıb.
***
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu çıxıb.
Modern.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxan “Qarabağ” İrlandiyanın “Dandolk” klubunun qonağıdır.
“Qarabağ” oyunun 4-cü dəqiqəsində hesabı açıb. “Qarabağ”ın heyətində Mahir Emreli fərqlənib.
Qeyd edək ki, cari mövsüm qol buraxmayan ağdamlılar uğurlu seriyanı İrlandiyada davam etdirməyə çalışır. Albaniya “Partizani”sini yolundan kənarlaşdıran (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa köklənib.
|