AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir   •   Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb  •   “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb  •   Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb  •   İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı  •   Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək  •   İran Azərbaycanında türkcə kitab paylama kampaniyaları davam edir  •   Yerevan Bakının şərtlərini qəbul etdi: Naxçıvan dəhlizi AÇILIR  •   Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrə qarşı müharibə aparıblar - Deputat  •   Güneyli milli fəal Yaşar Piri həbs edilib  •   Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR  •   Təbrizli millət vəkili prezidentliyə namizəd ola biləcəyini inkar etmir  •   Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb  •   Azərbaycan-Türkiyə-Gürcüstan platforması müharibəyə qədər olduğu şəkildə davam edəcək   •   Azərbaycan daha bir ölkə ilə hava sərhədlərini açır  •   ABŞ-ın daha bir şəhərinin meri Xocalı soyırımı ilə bağlı qərar verdi  •   Ailəsi Hamid Qarehoğlaninin vəziyyətinin ağırlaşmasından narahatdır  •   Azərbaycanın Rusiyadakı səfirliyindən MÜRACİƏT  •   Belarus Azərbaycanın ərazi bütövlüyünü həmişə və ardıcıl olaraq dəstəkləyib - Səfir  •   Rəsmi Bakı Yerevanın “Naxçıvan dəhlizi” açıqlamasına CAVAB VERDİ  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Yerkramas” Fransa xüsusi xidmət orqanlarının Rusiyadakı erməni diasporuna təsir alətinə çevrilib”
08/02/2021 Yazdır

Erməni terror təşkilatı ASALA Rusiyanı terror təhdidlərinə başlayıb. Bu təhdidlər həm də Rusiya ermənilərinin qəzeti olan “Yerkramas” vasitəsi ilə həyata keçirilir.

“Ermənistanın azadlığı uğrunda gizli erməni orudusu” - ASALA terrorçu təşkilatı ermənilərin İkinci Qarabağ müharibəsində tarixi məğlubiyyətindən sonra yenidən fəallaşmaq qərarına gəlib. Fəaliyyəti türk diplomatlarını qətlə yetirilməkdən, Avropada terror aktları törətməkdən, dinc və günahsız insanları öldürməkdən ibarət olan ASALA yenidən aktiv fəaliyyətə keçəcəyini, guya 1991-ci ildən elan etdiyi “taktiki fasiləyə” son verdiyini açıqlayıb.

Mesajında Ermənistanın hazırkı siyasi rəhbərliyini ümumerməni maraqlarına xidmət etməməkdə günahlandıran terror təşkilatı bu maraqları təmin etmək üçün bütün təşəbbüsü öz üzərinə götürdüyünü açıqlayıb.   

Faşist Qaragen Njdenin “Türklə mübarizəsiz bir günümüz olmamalıdr” şüarını manşet səhifəsində yayımlayan “Yerkramas”ın terror təşkilatı ASALA-nın müraciətini dərc etməsi və bu qəzetin çoxmillətli Rusiyada açıq fəaliyyət göstərməsi haqlı suallar doğurur.

Rusiyalı tarixçi alim, qafqazşünas Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında “ASALA” məlum müraciətini  belə şərh edib: “1975-ci ildə Livan ermənisi Akop Akopyan tərəfindən yaradılan “ASALA” sonuncu terror aktını 1991-ci ildə törədib. Lakin həmin vaxt artıq bu terrorçu təşkilata Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən Monte Melkonyan rəhbərlik edirdi. 1988-ci ildə Akopyan erməni diasporunun ayırdığı vəsaitləri mənimsədiyinə görə Afinada erməni millətçiləri tərəfindən qətlə yetirilmişdi. Melkonyanın və dəstəsinin Qarabağda öldürülməsi isə bu təşkilatın sonunu gətirdi. ASALA adından yayılan müraciətə gəldikdə, qeyd etmək lazımdır ki, bu, yeni nəsil erməni diasporunun gəncləridir, hansı ki, terrorçu əcdadlarının yolunu davam etdirmək qərarına gəliblər”.

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çox sayda elmi araşdırmanın, "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının müəllifi Oleq Kuznetsov ASALA-nın müraciətini yayan Rusiya ermənilərinin qəzeti “Yerkramas”la bağlı maraqlı faktlar açıqlayıb: ““Yerkramas” özünü Rusiya ermənilərinin qəzeti kimi qələmə versə də, bu, əslində, belə deyil. Məndə olan məlumata görə, 2016-cı ildən Rusiya Məhkəməsinin qərarı ilə “Yerkramas”ın KİV kimi fəaliyyəti qadağan edilib, adı ümumrusiya dövlət reyestrindən çıxarılıb. Qəzetin Krasnodarda göstərilən ünvanı əslində, mövcud deyil. Özünü baş redaktor və onun müavini kimi göstərən şəxslər sonuncu dəfə Rusiya ərazisində 2016-cı ildə görünüblər. Həmin dövrdən “Yerkramas” qəzetinin saytı Fransada yerləşir və oradan idarə olunur. Ona görə də indi dəqiq demək olar ki, Rusiya ermənilərinin “qəzeti” olan “Yerkramas” Fransa xüsusi xidmət orqanlarının Rusiyadakı erməni diasporuna təsir alətidir”.      

Oleq Kuznetsovun fikrincə, Rusiyada heç kəs potensial erməni terrorçuları ilə bağlı təhlükəni iqnor etməyəcək: “Bir şeyi başa düşmək lazımdır ki, Rusiyadakı erməni iş adamlarından bu terrorçuları kim dəstəkləsə, bu, onun özünün və biznesinin məhvi ilə nəticələnəcək”.


+ Benzer Haberler
» Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir
» Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
» “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
» Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
» İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
» Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək
» İran Azərbaycanında türkcə kitab paylama kampaniyaları davam edir
» Yerevan Bakının şərtlərini qəbul etdi: Naxçıvan dəhlizi AÇILIR
» Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrə qarşı müharibə aparıblar - Deputat
» Güneyli milli fəal Yaşar Piri həbs edilib
» Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
» Təbrizli millət vəkili prezidentliyə namizəd ola biləcəyini inkar etmir
» Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb
» Azərbaycan-Türkiyə-Gürcüstan platforması müharibəyə qədər olduğu şəkildə davam edəcək
» Azərbaycan daha bir ölkə ilə hava sərhədlərini açır
» ABŞ-ın daha bir şəhərinin meri Xocalı soyırımı ilə bağlı qərar verdi
» Ailəsi Hamid Qarehoğlaninin vəziyyətinin ağırlaşmasından narahatdır
» Azərbaycanın Rusiyadakı səfirliyindən MÜRACİƏT
» Belarus Azərbaycanın ərazi bütövlüyünü həmişə və ardıcıl olaraq dəstəkləyib - Səfir
» Rəsmi Bakı Yerevanın “Naxçıvan dəhlizi” açıqlamasına CAVAB VERDİ


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  2.0697
 GBP :  2.4069
 TRY :  0.2373
 EUR/USD :  1.2175
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan 44 günlük savaşın sonuçlarını doğru okuyabilecek mi?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft